Roman Qriqorçuk: "Bu matçda hər şey normal alındı"

28.04.2018 | 3670 dəfə oxunub

“Bu matçda hər şey normal alındı. Biz qalib gəldik. Bəlkə kiməsə elə göründü ki, hər şey asanlıqla oldu. Mən belə deməzdim”.

Stadium.Az xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

Azərbaycan Premyer Liqasının XXV turunda dogma meydanda “Kəpəz”lə qarşılaşan “qırmızı-qaralar” 3:0 hesablı qələbə qazanıblar.

Matçdan sonra oyunla bağlı fikirlərini klub saytı ilə paylaşan ukraynalı çalışdırıcı matçı belə şərh edib: “Ona görə qalib gəldik ki, biz çox düzgün oynadıq və qol imkanlarından istifadə yaxşı səviyyədə idi. Düzdü, matçın sonlarında elə imkanlar yaratdıq ki, onlardan da yararlana bilərdik. İki hissənin fərqli alınması motivasiya ilə bağlı deyil. Biz hər görüşdə qalib gəlib, xal qazanmaq istəyirik. Futbolçular da oyunlarda inkişaf etməli, təkmilləşməlidir. İkinci hissədə qol imkanlarından istifadə ilk yarıdakı ilə müqayisədə aşağı idi”.

Qriqorçuk ölkə kuboku haqqında da danışıb: “Mayın 28-də keçiriləcək Azərbaycan kubokunun finalının ertəsi gün milinin yoxlama matçı olması ilə bağlı heç kimlə müzakirə aparmamışıq. Final haqda düşünürük. Biz ən yaxşı hazır olan bütün futbolçuları meydana buraxacağıq. Aydın məsələdir ki, bizim üçün vacib olan finalda iştirak edənlər ertəsi gün yoxlama oyununda meydana çıxa bilməyəcək. Yoldaşlıq görüşündə digər futbolçuları sınamaq imkanı olacaq. Amma bunlar mənim ehtimallarımdır. Şəxsi mövqeyim belədir ki, icarədə olan futbolçularımız bizə qarşı oynamamalıdı. Bu fikrim rəqibin turnir cədvəlindəki mövqeyindən asılı olmayaraq belədir. Lakin hər hansı oyunçu barədə müəyyən razılaşma varsa, mən buna qarşı da deyiləm”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail