Samir Abbasov: "Görünən odur ki, son tura qədər əziyyət çəkəcəyik"

30.04.2018 | 3542 dəfə oxunub

“Sumqayıt”ın baş məşqçisi Samir Abbasov Premyer Liqanın XXV turunda öz meydanında “Səbail”ə məğlub olduqları oyundan sonra baş tutan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

Rəqiblərimizin məğlubiyyətindən istifadə etmək istəyirdik. Amma bacarmadıq. Görünən odur ki, son tura qədər əziyyət çəkəcəyik. Hər şey özümüzdən asılıdı. Bugünkü oyuna görə heç kimi günahlandırmaq istəmirəm. Udmaq istəsək də, alınmadı. Növbəti oyunlara hazırlaşmalıyıq. Qələbə qazansaydıq, avrokuboklara yerimizi təmin edəcəkdik.

- Nəticəni ədalətli hesab etmək olar?

- Əlbəttə, rəqib qələbə qazanıbsa, deməli, layiqdilər. Deyərdim ki, bizim şanslarımız çox oldu. Bu oyunda heç-heçə etsək də, təəssüflənəcəkdim. Çünki qələbə qazanmaq üçün biz sona qədər döyüşürdük. Düzdü, “Səbail” bu gün 4 qol vura bilərdi. Epizodlara görə qalib bizik.

- İkinci hissədə etdiyiniz dəyişikliklər öz sözünü dedi. Oyunun gedişində başlanğıcdan bu heyətlə oynamaq lazım olduğunu düşünmədiniz?

- İkinci hissədə sistemi dəyişməyə məcbur oldum. Çünki bəzi futbolçular sona qədər döyüşə bilmədilər. Elnur Abbdullayevin təcrübəsinə güvənsək də, sonradan dəyişiklik etməyə məcbur oldum. Əgər şansları dəyərləndirsəydik, bu gün belə danışmazdıq. Sadəcə, alınmadı.

- Fərhad Vəliyevə oyundan sonra nə dediniz?

- Bu gün ciddi səhvi olmadı. Epizodlara baxdıqdan sonra danışmaq olar.

- Kubokdakı məğlubiyyətdən sonra komanda özünə gələ bilmir.

- Bu fikirlə razı deyiləm. Bizim şansları dəyərləndirə biləcək hücumçuya ehtiyacımız var. Əlimizə düşən şansları dəyərləndirə bilsəydik, indi hücumçu qıtlığından danışmazdıq. Amili başlanğıcdan meydana buraxmadığımı nəzərdə tutursunuzsa, bu gün heç bir varinatda onunla başlamayacaqdıq. Çünki bizim öz gedişlərimiz var idi.

- Cavid İmamverdiyev son 3 oyunda futbol oynamır. Bu fikirlə razısınız?

- Fikrinin harda olduğunu deyə bilmərəm. İnanmıram ki, başqa şeylər haqda düşünür. Məncə, Cavid meydanda ürəklə oynayır. Əgər başqa məsələlər haqda düşünürsə, deməli, düzgün etmir. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail