100-cü qolla qələbəsizliyə son

08.05.2018 | 3749 dəfə oxunub

Azərbaycan Premyer Liqasının XXVI turunun “Səbail”lə qarşılaşmasında vurulan yeganə qol “Zirə”nin tarixinə düşüb. 1:0 hesabı ilə qalib gələn Ayxan Abbasovun komandası Azərbaycan çempionatının yüksək dəstəsində özünün 100-cü qoluna imza atıb.

Yubiley qolunun müəllifi Müşfiq İlyasov olub. “Zirə” Premyer Liqadakı 100-cü qolunu 90-cı matçda vurub. Paytaxt klubunun orta məhsuldarlığı 1,11-ə bərabərdir. Bu qollardan 61-i evdə, 39-u səfərdə vurulub. 2015/16 mövsümündən Premyer Liqada çıxış edən Zirənin eyniadlı təmsilçisi ilk çempionatda 42, 2016/17 mövsümündə 26 (texniki qələbə nəzərə alınmamaqla), cari birincilikdə 32 dəfə rəqib qapısına yol tapıb. Bununla da “Zirə” Azərbaycan çempionatları tarixinə 100 və daha çox qol vuran 29-cu komanda kimi düşüb.
Yubiley qoluna sevinən “Zirə” Topaz Premyer Liqasındakı qələbəsiz oyunlar seriyasına da son qoyub. Son 11 görüşdə qələbəyə həsrət qalan Ayxan Abbasovun yetirmələri 2018-ci ildə ilk dəfə 3 xal sevinci yaşayıb. Zirəlilərin son qələbəsi 2017-ci il dekabrın 3-nə təsadüf etmişdi. 153 gündən sonra yenidən qalib gələn komanda eyni rəqibi eyni hesabla məğlub edə bilmişdi.

“Zirə” 153 günlük uğursuz seriya ərzində 5 heç-heçə edib, 6 dəfə uduzmuşdu.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail