Qurban Qurbanov: "Yaxşı deyiləcək bir şey yoxdur"

12.05.2018 | 2716 dəfə oxunub

Azərbaycan Premyer Liqasının 27-ci turunda səfərdə “Keşlə”yə uduzan (0:3) “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Stadium.az xəbər verir ki, Qurbanov əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini bildirib: 

- Bu oyun barədə fikirlərim neqativdi. Rəqibi yaxşı oyun, qələbə münasibəti ilə təbrik edirəm. Futbolçularımız nəticə barədə düşünmürdü. Bəlkə, mən də belə idim. Səhvlərimiz nə idi, burada açıqlamaq istəmirəm. Rəqibin üstün cəhətlərinə diqqət ayırmalıydıq. Futbolçularımız meydana konsentrasiyasız çıxmışdılar. Bu məğlubiyyət bizi düşünməyə vadar edir. Lakin hər komandada belə hallar olur. Bəzən bir komandada hər şey alınır, digərində isə yox. 0:3 hesabıyla uduzmaq istəməzdik. Belə qollar buraxmalı deyildik. Yaxşı deyiləsi bir şey yoxdu.

- Əvəzedici heyətin bir neçə üzvünə şans verdiz. Onlar sizi razı saldılar?
- 15-30 dəqiqəylə bir şey demək olmaz. Onlar bizimlə təlim-məşq toplanışında olublar. İnanılacaq oyunçulardı. Deyə bilmərəm, növbəti mövsümdə əsas komandada olacaqlar, ya yox. Bunun üçün öz üzərlərində çox çalışmalıdılar. 

- Bu gün arxa xəttdə bəzi dəyişikliklər etmişdiz...
- Kimi meydana buraxıramsa, onun öz tapşırığı olur. O, həmin tapşırığı yerinə yetirməlidi. Qol buraxmaqdan heç vaxt narahat olmamışam. Rəqib öz texniki üstünlüyündən istifadə edib, qol vurursa, buna görə oyunçumu günahlandırmıram. Lakin rəqib komanda səhvdən yararlanıb qol vurursa, bunu yalnız diqqətsizliklə bağlamaq olar.

- Yunanıstan mətbuatında PAOK-un Pedro Enrike üçün 5 milyon avro tələb etdiyi barədə xəbər yayılıb...  
- Düzü, bu, Pedronun müqaviləsində yazılıb. Onu transfer etmək istəyən klub bu məbləği ödəməlidi. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail