Samir Abasov: "Son turdan sonra, hər şeyi danışacam"

12.05.2018 | 2222 dəfə oxunub

 "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Premyer Liqanın 27-ci turunda "Qəbələ"yə 0:2 hesabı ilə uduzduqları oyunda sonra mətbuat konfransı keçirib. Stadium.az xəbər verir ki, 40 yaşlı mütəxəssis əvvəlcə  matçla bağlı fikirlərini bildirib.

- Deyiləsi bir şey yoxdur. Nə deyəcəyimi bilmirəm. Hər şeyi özünüz gördünüz. Qolları vura bilmədik. Vura bilmək üçün ürək lazımdır. Belə görüşlərdə topla birgə tora girmək lazımdır. Oyunçunun keyfiyyəti lazımi anda hər şeyi örtür. 32-33 yaşlı adama ötürmə verməyi öyrədə bilmərəm. Oyun keyfiyyəti budur. 

Siyasət dəyişməsə, belə davam etsə, 5-ci yeri tutsaq, əla olar deyirlərsə, bu komandadan bir şey gözləməyə dəyməz. Kimlərsə, Amil Yunanov niyə oynamadı deyəndə, hücumçuya xas keyfiyyətdə oyun göstərsə, onda nə gəldi deyərsiniz. Futbolçularımız birinci sivizionda çürüyərdilər. 11 legioner verərdilər, onda görərdiniz ki, bu futbolçuların yeri haradır. Budur bizim Azərbaycan futbolu, əfsuslar olsun ki, Dabomuz, Almeydamız yoxdur. "Kəpəz", "Səbail" və "Qəbələ" ilə oyunlarda yaxaladığımız qollardan yararlansaydıq, indi avrokuboklarda idik. Bu, düzgün olmayan strategiyanın badına şəhərimiz getdi.

- "5-ci yerdə olsanız, əla nəticə sayılar" sözlərini kim demişdi?

- Klubumuzun keçmiş prezidenti Kamran Quliyev mövsümün əvvəlində dedi ki, komandanın potensialı 6-cı yerdir. 5-ci yeri tutsaq, sevinəcəyik. Mən isə dedim ki, var qüvvəmizlə avrokuboklar üçün çalışacağıq. Lakin meydanda oynayan mən deyiləm.

- Lisenziyalaşdırma Qrupunun verdiyi qərar bugünkü nəticələrə necə təsir etdi?

- İcraiyyə Komitəsi mayın 20-dən sonra olsaydı, nə olacaqdı? "Kəpəz" gedib "Neftçi" ilə necə oynasın. 2 turdan sonra nə qərar verirsinizsə, verin də... Niyə bizimlə oyundan əvvəl bu qərarı verirsiniz?

- Klubun strategiyasından narazılığınızı bildirdiniz. Amma digər tərəfdən, müqavilənizi uzatdığınıza dair xəbərlər yayılıb...

- 1 turdan sonra hər şey bəlli olacaq. İndi deyəcəyim hər bir söz futbolçularıma mənfi təsir edə bilər. Son oyunumuzdan sonra sizdən gizlətdiyim hər şeyi sizə açıqlayacağam.

- Son turda nə baş verəcək?

- Nə olacaqsa, olacaq.

- "Zirə" ilə son tur matçına hansı motivasiya ilə çıxacaqsınız?

- Həyatında birinci dəfə Avroliqaya düşmək futbolçu üçün motivasiya deyil? Əlimizdən gələni edəcəyik ki, "Zirə"yə qalib gələk.

- Konkret, hansı futbolçulardan gözlədiyinizi ala bilmirsiniz?

- Sona 2 tur qalmış Lisenziyalaşdırma Qrupunun belə qərar verməsi nə üçündür? Bizim oyunu saat 4-ə - istiyə salırsınız. Qol vura bilmirlərsə, kimi günahlandırım? (report.az).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail