PFL mükafatlandırmaların vaxtını açıqladı

16.05.2018 | 2481 dəfə oxunub

Azərbaycan Premyer Liqasında və klubların əvəzedici heyətlərinin yarışında 2017/18 mövsümü finişə yaxınlaşır.

Stadium.Az xəbər verir ki, sonuncu, 28-ci turun oyunlarından sonra Peşəkar Futbol Liqası tərəfindən mükafatlandırma mərasimləri təşkil olunacaq.

19 may (şənbə)

Əvəzedici heyətlərin yarışında “Bayıl Arena”da keçiriləcək “Səbail” – “Keşlə” oyunundan sonra mükafatlandırma mərasimi təşkil olunacaq. Bu vaxt əvəzedici heyətlərin qalibi və medalçıları mükafatlandırılacaq. Eyni zamanda, I Divizionda və əvəzedici heyətlərin yarışında bombardir olan futbolçuya xüsusi mükafat təqdim ediləcək.

21 may (bazar ertəsi)

Topaz Premyer Liqasında, “Azersun Arena”da keçiriləcək “Qəbələ” – “Qarabağ” görüşündən sonra mükafatlandırma mərasimi baş tutacaq. Bu zaman Topaz Premyer Liqasının çempionu “Qarabağ” və digər medalçılar mükafatlandırılacaq. Eləcə də Topaz Premyer Liqasının bombardirinə xüsusi hədiyyə veriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail