Cavid Hüseynov: "Kintana söyüş söyürdü"

21.05.2018 | 1402 dəfə oxunub

"Motivasiya doğrudan da yox idi. Buna baxmayaraq, mövsümü məğlubiyyətsiz də başa vurmaq olardı. 3 qol şansımız oldu. Birincisini elə mən vurmalı idim. Lakin heç birindən yararlana bilmədik".

Stadium.Az xəbər verir ki, bu sözləri "Qəbələ"nin kapitanı Cavid Hüseynov evdə "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları matçdan sonra deyib.

O, meydandan qovulduğu epizod haqda da danışıb: "Yenə də problem yoxdur (gülür). Millidən kənarda qalmaq? Həyatda hər şey mümkündür. Əslində elə bir şey olmamışdı. Həmin epizodda əvvəlcə Miçellə danışırdım. Sonradan Dani Kintana arxadan deyinə-deyinə gəldi. Deyəsən, söyüş söyürdü. Mən də əsəblərimi cilovlaya bilmədim. Dedim ki, mən Miçellə danışıram, sən niyə özünü araya soxursan? Ani qığılcım baş verdi. Sonradan Kintana üzr istədi".

Hüseynov  Azərbaycan Kubokunun finalına "Keşlə"yə qarşı keçirəcəkləri matç barədə də fikirlərini bildirib: "Qəbələ"nin kuboku qazanma şansları yarıbayarıdır. Final bir oyundan ibarətdir. Gərgin və maraqlı görüş olacaq".  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

19.01.2019

14:11  AFFA öz sisteminə qayıtdı - Üç milli ləğv olundu

12:13  "Neftçi"nin qələbəsi VİDEO

18.01.2019

15:50  "Qarın çıxarmamaq üçün oynayıram" - Keçmiş "Xəzər Lənkəran"lı

17.01.2019

11:39  "Sabah"ın heç-heçəsi VİDEO

16.01.2019

15.01.2019

14:05  "Ancaq "Qarabağ"ı düşünürəm" - Ansi Aqolli

14.01.2019

   
  O Q H M T-f X
1. Neftçi 10 8 1 1 20-7 25  
2. Qarabağ 10 6 2 2 17-11 20  
3. Səbail 10 5 2 3 12-11 17  
4. Sabah 10 5 1 4 9-11 16  
5. Qəbələ 10 3 3 4 14-14 12  
6. Sumqayıt 10 3 2 5 10-13 11  
7. Keşlə 10 1 3 6 8-14 6  
8. Zirə 10 1 2 7 7-16 5  
11.11Sumqayıt ---Keşlə
11.11Qəbələ ---Qarabağ
10.11Səbail ---Sabah
10.11Neftçi ---Zirə
24.11Qarabağ -Sabah
24.11Keşlə -Qəbələ
25.11Zirə -Sumqayıt
25.11Səbail -Neftçi