Ramil Şeydayev: “Avstriyaya gedə də, getməyə də bilərəm"

30.05.2018 | 3471 dəfə oxunub

“Bu gün pis oynamaqdıq. Bəzi səhvlər olsa da, ümumilikdə yaxşı oyun oldu”. Stadium.Az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev deyib.

Gənc forvard Qırğızıstan üzərində qazanılan böyükhesablı (3:0) qələbəni dəyərləndirib. Şeydayev nəticənin onun üçün gözlənilməz olmadığını bildirib:

“Meydana qələbə üçün çıxırıq. İstənilən nəticəyə hazır olmalıyıq. Bacardığımız qədər çox qol vurmağa çalışırıq. Yeni baş məşqçinin rəhbərliyi altında ilk qələbəmizi qazanmaq istəyirdik. Bu üzdən nəticə mənim üçün gözlənilməz olmadı”.

“Qarabağ”dan ayrılan futbolçu Avstriya klubu “Mattersburq”la anlaşdığı ilə bağlı yayılan xəbərləri təkzib edib: “Avstriyaya gedə də, getməyə də bilərəm. Amma qərarımı hələ verməmişəm. Hazırda millinin düşərgəsindəyəm. Ümumiyyətlə, gələcək karyeramla bağlı bir qərar verməmişəm. Toplanışı psixoloji yüklənmə olmadan keçirmək, yığmada oynayaraq qol vurmaq və qələbə qazanmaq istəyirəm".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail