Fərhad Vəliyev karyerasını bitirdi

31.05.2018 | 4664 dəfə oxunub

"Sumqayıt"ın qapıçısı Fərhad Vəliyev karyerasını başa vurub. Stadium.Az xəbər verir ki, bu barədə təcrübəli qolkiper özü məlumat verib.

Fərhad bildirib ki, bundan sonra özünü məşqçi kimi sınayacaq: "Fikirləşdim ki, karyeramı başa vurum. Yavaş-yavaş məşqçilik fəaliyyətinə başlamaq istəyirəm. İşləyə-işləyə də oxuyub elmimi artıraram. Ən azından 1-2 il oynaya bilərdim. Fikrim də var idi. Hətta mövsümün gedişində də açıqlamalarımda bu barədə danışmışdım.

Ancaq bir qədər düşünəndən sonra qərara aldım ki, artıq getmək vaxtdır. Məşqçiliyə başlasam, daha yaxşı olar. Açığı, ciddi təklif də gəlmədi. Düzdür, "Sumqayıt" yeni müqavilə bağlamaq istəyirdi. Bəzi təkliflərim də var idi, amma məni razı salmadı".

Vəliyev son vaxtlar "Sumqayıt"da ehtiyatda qalmasının və komandanın Avroliqaya düşə bilməməsinin də qərarına təsir etdiyini bildirib: "Bu amillər də qərarıma təsirsiz ötüşmədi. Xeyirlisi nədirsə, o da olsun. "Sumqayıt"a da uğurlar arzu edirəm. Düşünürəm ki, gələcəkdə yaxşı nailiyyətlər əldə edərlər. Futbolçu karyeramı bitirmək mənim üçün ağır olacaq. Adam hər zaman meydanda olmaq istəyir. Futbol mənim üçün həyatdır. Ona görə də bu sahədə qalmaq istəyirəm. Hər bir futbolçu üçün yaşıl meydanlardan ayrılmaq çətin olur".

Bundan sonra karyerasını məşqçi kimi davam etdirəcəyini söyləyən Vəliyev 2 klubdan iş təklifi aldığını deyib: "İki klubdan təklif almışam. Bu barədə düşünürəm. Amma adlarını açıqlaya bilmərəm. 1-2 günə qərarımı verəcəm. Hər ikisi Premyer Liqa klubudur".

Peşəkar karyerasına 1997-ci ildə Sumqayıtın "Kimyaçı" klubunda başlayan Fərhad Vəliyev müxtəlif illərdə "Neftçi", "İnter" (indiki "Keşlə") və "Qarabağ" kimi klubların şərəfini qoruyub. 2006-2010-cu illərdə dəvət aldığı Azərbaycan millisində isə 32 oyun keçirib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail