"Neftçi"nin yeni baş məşqçisi rəsmən açıqlandı

08.06.2018 | 3578 dəfə oxunub

“Neftçi”nin yeni baş məşqçisinin adı müəyyənləşib. Stadium.Az xəbər verir ki, klubun Müşahidə şurasının və təsisçilərin növbədənkənar ümumi yığıncağı keçirilib. İclasda əsas komandanın baş məşqçisi postuna namizədin müzakirəsi aparılıb və italiyalı mütəxəssis Roberto Bordin bu vəzifəyə təyin edilib.

Komandanın yeni baş məşqçisi Roberto Bordin 1965-ci il yanvarın 10-da anadan olub. 2005-ci ildə futbolçu karyerasını bitirib və elə həmin ildə məşqçiliyə başlayıb. İtaliyanın “Bolonya” (2005-2006), “Padova” (2006-2007), “Ellas Verona” (2007, 2010-2015), “Sassuolo” (2008-2009), Rumıniyanın ÇFR (2009-2010) klublarında məşqçi, İtaliyanın “Triestina” (2016) və Moldovanın “Şerif” (2016-2018) klublarında baş məşqçi vəzifəsində çalışıb.

Məşqçi kimi 2010-cu ildə Rumıniya çempionu olub. 2016-2018-ci illərdə çalışdığı “Şerif” onun rəhbərliyi altında Moldova çempionatının (2016/2017, 2017), kubokunun (2016/2017) və Superkubokunun (2017) qalibi olub. 2017-ci ildə komandanı Avropa Liqasının qrup mərhələsinə çıxarıb. 2018-ci ildə İtaliya Futbol Federasiyasının qərarı ilə “Qızıl skamya” mükafatına layiq görülüb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail