"Hətta məğlub olsaydıq belə, komandamdan razı qalacaqdım"

09.06.2018 | 3171 dəfə oxunub

“Hər iki komandanın timsalında maraqlı oyun izlədik. Rəqibin heyətində yaxşı oyunçular var. Futbolçularımız oyun ərzində intizama riayət etməyə, sona qədər mübarizə aparmağa çalışdı. Hesabda geri düşsək də, təslim olmadıq.  Hətta məğlub olsaydıq belə, komandamdan razı qalacaqdım".

Stadium.Az AFFA-nın saytına istinadən xəbər verir ki, bu sözləri 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Rəşad Sadıqov Macarıstanla yoxlama oyunundan (3:3) sonra deyib.

O bildirib: "İnkişaf etmək istəyiriksə, yoxlama oyununda da rəsmi qarşılaşmadakı kimi çıxış etməliyik. Çalışıram ki, uşaqlar meydanda özlərini inamlı hiss etsinlər. Bu gün hər iki komandanın üzvləri start fitindən etibarən aqressiv oynadı. Bütün mövqelərlə bağlı həm müsbət məqamlar, həm də çatışmazlıqlar var. Müsbət tərəfi inkişaf etdirməyə, problemləri isə aradan qaldırmağa çalışmalıyıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail