Dmitri Nazarov: "Baş məşqçidən əlavə vaxt istəyəcəm"

10.06.2018 | 3684 dəfə oxunub

Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarov klubu Aue-nin təlim-məşq toplanışına gec qoşulacaq. Stadium.Az xəbər verir ki, Nazarov Almaniya mətbuatına açıqlamasında komanda yoldaşları istirahət etdiyi bir vaxtda yoldaşlıq görüşləri üçün millimizin düşərgəsində olduğunu deyib.

İstirahətə yollanan 28 yaşlı orta sahə oyunçusu yorulduğunu etiraf edib:

“Mənə istirahət lazımdır. Baş məşqçidən əlavə vaxt istəyəcəm. Çünki mövsüm təkcə fiziki yox, həm də psixoloji cəhətdən yorucu keçdi. Bu il əvvəlki illə müqayisədə daha gərgin oldu. Yorucu uzun yollar qət etməli olduq və yenidən bərpa olmağa vaxt yox idi”.

Dmitri Nazarov millimizin toplanışı çərçivəsində Qırğızıstanla matçda 32, Qazaxıstanla qarşılaşmada 45 dəqiqə iştirak edib, Latviya ilə oyunu isə ehtiyatda keçirib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail