Millimizin üzvləri Latviya ilə oyun haqqında

10.06.2018 | 2871 dəfə oxunub

“Qazaxıstana məğlubiyyət bizə dərs oldu. Həmin səhvləri etmədik. Meydanda canımızı qoyduq. Sona qədər vuruşduq və ən əsası, qolları vura bildik”.

Stadium.Az xəbər verir ki, bunu Latviya yığması üzərində 3:1 hesablı qələbə qazanılan oyunda Azərbaycan millisinin ilk qolunu vuran Maksim Medvedev affa.az-a açıqlamasında deyib.

3-cü qolun müəllifi Emin Mahmudov isə nəticəyə baxmayaraq, görüşün çətin alındığını bildirib: "Aqressiv oyun göstərə bildik. Məşqçinin istədiyi hücum futbolunu nümayiş etdirə bildik. Düzdür, topu arzulanan səviyyədə idarə edə bilmədik. Əsas odur ki, son məğlubiyyətdən sonra xarakter nümayiş etdirməyi bacardıq".

Müdafiəçi Ruslan Abışov Qazaxıstan yığmasına 0:3 hesablı məğlubiyyətin təsadüfi olduğunu bildirərək, "Bəzi amillər var idi, biz ona hazır deyildik" deyib. O, həmin məğlubiyyətdən sonra qələbə qazanmaq istəklərinə nail olduqlarını vurğulayıb. Abışov UEFA Millətlər Liqasınadək hazır olmalarını gərəkliyini də dilə gətirib: "Qarşıda vacib oyunlar var. Ümid edirəm, sentyabra qədər hər kəs klubunda lazımi hazırlıq keçib milliyə hazır formada gələr”. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail