Rəşad Eyubov: " ... biz çempionluq uğrunda mübarizə aparacağıq" VİDEO

13.06.2018 | 4396 dəfə oxunub

"Sumqayıt"dan ayrılaraq, "Neftçi"yə transfer olan Rəşad Eyubov "ağ-qaralar"ın "YouTube" kanalına açıqlama verib.

Stadium.Az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi böyük kluba gəldiyini deyib

"Fikrimcə, uzun illərdir "Neftçi"nin Azərbaycan futbolunun flaqmanı olması heç kimə sirr deyil. Əlbəttə, böyük tarixə, çoxsaylı titullara malik olan bu kluba keçdiyim üçün qürur duyuram. Ümid edirəm ki, uğurların davamını birlikdə gətirəcəyik".

Millimizin üzvü rəqabətdən qorxmadığını deyib:

"Rəqabətdən qorxmaq qeyri-peşəkarlıqdır. Buna görə də rəqabətdən qorxmuram. Əksinə, daha yaxşı futbolçu olmaq üçün rəqabətin olmasını istəyirəm. Bunun yalnız faydası var".

Eyubov "Neftçi"nin azarkeşlərinə səslənib:

"Hamı bilir ki, "Neftçi"nin necə yaxşı azarkeş ordusu var. Əvvəl çıxış etdiyim klublarda "Neftçi"yə qarşı oynayanda onların doğma komandalarını oyunboyu necə çılğıncasına dəstəklədiklərini fərqləndirirdim. Azarkeşlərdən istəyim budur ki, bu mövsüm də dəstəklərini əsirgəməsinlər. Biz bir ailə olub, yüksək hədəflərə çatmalıyıq. Əminəm ki, çempionatda qarşıya ən yüksək hədəf qoyulacaq və biz çempionluq uğrunda mübarizə aparacağıq". 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail