"Maraqlandığımız futbolçular arasında italiyalılar da var"

15.06.2018 | 2995 dəfə oxunub

"Neftçi"nin yeni baş məşqçisi Roberto Bordin "TuttoMercatoWeb" nəşrinə açıqlama verib. Stadium.Az xəbər verir ki, italiyalı mütəxəssis “Neftçi”ylə bağlı hədəflərindən də danışıb:

“Neftçi”nin iki illik layihəsi xoşuma gəldi. Futbol ictimaiyyəti bu komandanın yüksək yerlərə qayıtmasını arzulayır. Klubla iki illik müqaviləm var. Hədəfə çatmaq çətin olacaq. Çünki rəqiblərimiz sırasında güclü komandalar var. Məsələn, "Qarabağ" son illərdə böyük uğurlar əldə edib".

Bordin transfer məsələləri haqda da fikrini bildirib:

“Artıq rəqabətədavamlı, yaxşı komandamız var. Amma bizə yenə güclənmək lazımdı. Maraqlandığımız futbolçular arasında italiyalılar da var. Bu, dil baxımından da vacibdi”.

O, niyə məhz “Neftçi”ni seçdiyinə belə aydınlıq gətirib:

“Mənimlə maraqlanan klublar var idi. Amma yalnız "Neftçi" ilə təmasda oldum. Bu klub məni çox istəyirdi. Moldovada (“Şerif”) çox yaxşı çalışdım, vacib hədəflərə nail olduq. Azərbaycanda da Moldovadakı kimi bacaracağıma, amma gələcəkdə evimə qayıdacağıma inanıram".

Bordin "Neftçi" ilə iki illik müqavilə bağlayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail