"Qəbələ" və "Qarabağ" Polşada ötən mövsüm qızıl medallar uğrunda yarışa bilərdi"

16.06.2018 | 3212 dəfə oxunub

"Günəşli havanı sevdiyim üçün Azərbaycana tez uyğunlaşdım. Qışda Bakıda 2-5 dərəcə isti olur. Azərbaycanla Polşa tam fərqlidir. Məşqləri çox vaxt axşamlar edirik.

Ötən mövsüm "Kopenhagen"lə ÇL-in pley-off matçı zamanı rəqib komanda 30-cu dəqiqədən sonra tükənmişdi. İsti hava onlara təsir etmişdi. Həmin gün oyun 20:00-da başlamışdı, havanın temperaturu isə 37 dərəcə idi".

Stadium.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın müdafiəçisi Yakub Jezniçak söyləyib. 31 yaşlı futbolçu bir çox məsələlərə toxunub. O, "Qarabağ"a gələrkən ehtiyatlanmadığını bildirib:

"Təklif gələndə məşqçim Yaçek Maqyero ilə danışdım. O, həm də dostumdur. O, mənə legioner həyatı yaşamaq üçün son şansımın olduğunu dedi. "Qarabağ" hər mövsüm Avrokuboklarda çıxış edir. Ötən il ÇL-in qrupunda oynadıq. Başqa ölkədə, mühitdə çıxış etmək istədim. Baxmayaraq ki, özümü "Legiya"dan başqa komandada görmürdüm".

Jezniçak Azərbaycan və Polşa çempionatılarını müqayisə edib: 

"Fərqli çempionatlardır. Azərbaycanda "Qəbələ" və "Qarabağ" digər klubları üstələyir. Bu iki komanda Polşada ötən mövsüm qızıl medallar uğrunda yarışa bilərdi. Digər 6 komanda isə aşağı yerlərdə qərar tutardılar".

Təcrübəli futbolçu Polşanın dünya çempionatındakı şansları haqda da danışıb:

"Dünya çempionatı ən böyük turnirdir. Dünyanın ən güclü komandaları mübarizə aparır. İlk iki oyundan çox şey asılı olacaq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail