Pyer Luici Kollina və Roberto Rosetti "Neftçi"nin matçında

07.01.2012 | 4485 dəfə oxunub

Türkiyənin Antalya şəhərində Çeçenistanın ilk prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçiriləcək. Stadium.az xəbər verir ki, yarışa "Neftçi" də dəvət alıb.

Turnirdə komandamızla yanaşı, Rusiyanın "Terek Qroznı", Ukraynanın "Metallist Xarkov",  "Obolon Kiyev",  Polşanın "Poloniya Varşava", Rumıniyanın "Rapid Buxarest", Özbəkistanın "Paxtakor", eləcə də Çinin "BİT FC Pekin" klubları da iştirak edəcək.

Oyunlar hərəsində 4 komanda olmaqla 2 yarımqrupda keçiriləcək. Qrupların tərkibi yanvarın 27-də keçiriləcək püşkatma nəticəsində müəyyələcək. Hər qrupda 1-ci yeri tutacaq komanda finala vəsiqə əldə edəcək. Final matçı "Antalyaspor"un ev oyunlarını keçirdiyi "Mardan" stadionunda baş tutacaq. Yarışın mükafat fondu 170 min ABŞ dolları təşkil edir.

Turnirin oyunlarını Əhməd Kadırovun oğlu, Çeçenistanın hazırki prezidenti Ramzan Kadırov da izləyəcək. Fəxri qonaqlar arasında yaxın keçmişin dünyaca məşhur hakimləri italiyalı Pyer Luici Kollina və Roberto Rosetti də yer alacaq. Yanvarın 28-də start götürəcək turnirin final matçı fevral ayının 3-də baş tutacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

28.05.2020

27.05.2020

26.05.2020

24.05.2020

12:34  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

22.05.2020

20.05.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ