"Əslində, mümkün 5 rəqib arasında ciddi fərq yox idi"

25.06.2018 | 4522 dəfə oxunub

“Hazırlıq prosesi yaxşı keçir. Qəbələdə baş tutan ilk mərhələdə fiziki hazırlıq üzərində çalışmışdıq. Sloveniyada isə daha çox toplu məşqləri gerçəkləşdiririk”.

Stadium.Az xəbər verir ki, bu sözləri Asif Məmmədov deyib. Yeni mövsümə hazırlıqları davam etdirən “Qəbələ” Sloveniyada toplanışdadır. Komandanın təcrübəli üzvü Asif Məmmədov təlim-məşq prosesinin gedişi haqqında klub saytına açıqlama verib. O, ilk yoxlama oyunu və ümumi hazırlıq barəsində danışıb:

“Vaxt azlığı və heyətdəki dəyişiklikləri nəzərə alsaq, üzərimizdə çox işləməliyik. İlk yoxlama oyununda “Kukesi” ilə qarşılaşdıq. Düzdü, hər şey tam istədiyimiz kimi alınmadı. Çünki biz daha yaxşı oynamalıyıq. Lakin Albaniya təmsilçisi ilə matç ilk görüşümüz olduğundan qarşılaşmanı müsbət dəyərləndirərdim”. Məmmədov komandadakı baş məşqçi dəyişikliyi barədə fikirlərini də açıqlayıb. O bildirib ki, uzun müddət komandada çalışan Sənan Qurbanovun baş məşqçi kimi uğurlar qazanmasında bütün komanda pay sahibi olacaq:

“Qurbanovla neçə müddətdir birlikdə çalışırıq. Necə mütəxəssis olduğuna bələdik. Daim öz üzərində işləyir. Gənc olmasına baxmayaraq təcrübəli mütəxəssislərlə çalışmaqla böyük təcrübə qazanıb. Bütün “Qəbələ” camiəsinin ona böyük ümidləri var. Biz futbolçular da uğur qazanmaqda ona yardım etməliyik. Nəticədə bu, komandanın uğuru olacaq”.

Yarımmüdafiəçi UEFA Avropa Liqasının püşkatmasını dəyərləndirib, “Qəbələ”nin I təsnifat mərhələsinin “Proqres”lə dueldəki şanslarından da danışıb:

“Əslində, mümkün 5 rəqib arasında ciddi fərq yox idi. Çünki UEFA Avropa Liqasında zəif rəqib olmur. Həm “Qəbələ”, həm də “Proqres” yay fasiləsindən sonra ilk rəsmi matçına çıxacaq. Buna görə də rəqiblərin ikisinə də çətin olacaq. Hazırda şanslar 50-nin 50-yədir. Lakin bizim Avropa təcrübəmiz daha çoxdur. Çalışacağıq ki, Lüksemburq təmsilçisini mübarizədən kənarlaşdıraq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail