Abdullah Zubiri "Qarabağ"da - Rəsmi

26.06.2018 | 3469 dəfə oxunub

2018/19-cu illər mövsümünün hazırlıqlarını davam etdirən “Qarabağ” heyətini də gücləndirməyə davam edir 

Stadium.az klubun saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi fransalı futbolçu Abdullah Zubiri heyətinə qatıb. Futbolçuyla 2 illik müqavilə imzalanıb.

 Peşəkar karyerasına Fransada 2011-ci ildə “Qrenobl” klubunda başlayan Zubir bir mövsüm sonra eyni ölkənin “İstr” klubuna keçib. 2013/14-cü illər mövsümünün ikinci yarısında icarə əsasında Şotlandiyanın “Hibernian” klubunda çıxış edib, daha sonra yenidən müqaviləylə məxsus olduğu “İstr” klubuna qayıdıb. 2015/16-ci illər mövsümündə Rumıniyanın “Petrolul” klubuna transfer olunub.

Daha sonra Fransanın “Lans” klubuna keçən fransalı yarımmüdafiəçi son iki mövsümü burada keçirib. 26 yaşlı transferimiz “Lans” formasıyla meydanda olduğu 70 oyunda 6 qol və 12 məhsuldar ötürməylə yadda qalıb. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail