"Qəbələ"də nigeriyalı hücumçu

26.06.2018 | 3516 dəfə oxunub

2018/19 mövsümünün hazırlıqlarını Sloveniyada davam etdirən “Qəbələ” növbəti transferini gerçəkləşdirib.

Stadium.Az klubun saytına istinadən məlumat verir ki, “qırmızı-qaralar” nigeriyalı futbolçu Ceyms Adeniyini heyətinə qatıb.

26 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalanıb. Nigeriyanın U-17 yığmasında çıxış etmiş hücumçu 2012-ci ildən Avropada legioner həyatı yaşayır. 20 yaşında Albaniyaya yollanan Ceyms 6 il bu ölkə klublarının formasını geyinib.

O, 2012-2013-cü illərdə “Byulis”də çıxış edib. Hücumçu 2013-cü ilin ilk yarısını icarə əsasında “Tomori”də keçirib. 2014-cü ilin əvvəlində “Laçi” ilə anlaşan Adeniyi 2 il bu komandanın uğurları üçün çalışıb. Nigeriyalı legioner son 2,5 ili “Skenderbeu”da çıxış edib. Albaniya karyerasında 2 çempionluq, 2 kubok və 1 Superkubok qazanan afrikalı hücumçu bu müddətdə 216 oyunda 76 qol vurub.

O, Superliqada 51 (170 oyun), kubokda 19 (26), Superkubokda 2 (2), avrokuboklarda 4 (18) dəfə rəqib qapılarına yol tapıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail