Erməni hücumçu Qəbələyə gətirilməyəcək

27.06.2018 | 2719 dəfə oxunub

“Qəbələ” Avropa Liqasının I təsnifat mərhələsində Lüksemburqun “Proqres” klubu ilə qarşılaşacaq.

Stadium.az xəbər verir ki, Lüksemburq klubu Qəbələdə keçiriləcək ilk oyuna erməni hücumçusu Aleksandr Karapetyanı gətirməyəcək. Bu barədə klubun meneceri Tomas Qliqeman məlumat verib.  Klub rəsmisi Azərbaycanla Ermənistan arasındakı siyasi problemə görə forvardı Qəbələdə baş tutacaq görüşə gətirməyəcək.

Ermənistan millisində çıxış etmiş 30 yaşlı Aleksandr Karapetyan ötən ildən "Proqres"də çıxış edir. Karapetyan ötən mövsüm çempionatda 23 oyuna 29 qolla bombardirdir. Gürcüstan doğumlu forvard Almaniya, Ermənistan və Gürcüstan vətəndaşlığını daşıyır.

2015-ci ildə “Borussiya” (Dortmund) Avropa Liqasının qrup mərhələsində “Qəbələ” ilə Bakıda baş tutan oyuna Ermənistan millisinin üzvü Henrik Mxitaryanı gətirməmişdi.

Qəbələdə keçiriləcək matç iyulun 12-də, saat 20:00-da baş tutacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail