"Komandanın oyununda inkişaf görünür"

29.06.2018 | 3045 dəfə oxunub

“Bu gün daha sürətli oyun izlədik. Zaqreb “Dinamo”su ilə qarşılaşma bizim üçün yaxşı rəqabət oldu”.

Stadium.Az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov deyib.

38 yaşlı mütəxəssis “qırmızı-qaralar”ın Sloveniyada keçirilən təlim-məşq toplanışı çərçivəsində baş tutan Xorvatiyanın “Dinamo” klubu ilə yoxlama oyunu barədə fikirlərini gabalafc.az saytına açıqlayıb:

“Belə rəqibə, sürətli komandaya qarşı oynamaq çox faydalıdı. Çünki hansı rəqibə qarşı necə oynamaq lazım olduğunu görürük. UEFA Avropa Liqasında da belə komandalarla qarşılaşmışıq. Futbolçular da belə matçlara necə yanaşmaq, necə məşq etmək lazım gəldiyini bilirdilər. Belə rəqiblərlə oynamaq bizim üçün müsbət haldı”.

Qurbanov Sloveniya toplanışındakı iki yoxlama oyununa əsasən komandada müsbət dəyişikliklərin olduğunu da qeyd edib:

“Komandanın oyununda inkişaf görünür. Futbolçular meydançada daha hərəkətlidir. Ehtiyatda oyunçularımız nisbətən az olduğundan bu gün meydana çıxanlar nisbətən çox yükləndi. Yeni transferimiz Ceyms Adeniyi komandayla məşqlərə başlayıb. Cavid Hüseynov da heyətə döndükdən sonra gücümüzə güc qatacaq. “Dinamo” oyunu iki heyətlə keçirdi. Futbolçularımız 90 dəqiqə rəqibə qarşı düzgün mübarizə apardı. Hesabda geri düşdükdən sonra da futbolçular matçda dönüş yaratmaq üçün çalışdılar, sonadək oyun intizamını pozmadılar. Düzgün mübarizə apardılar. Amma oyunun sonlarında rəqibin sürəti həlledici rol oynadı. “Proqres”lə iyulun 12-də keçiriləcək matçadək komandamızın yaxşı forma yığacağını düşünürəm”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail