Dabo: "Təlim-məşq toplanışımız ağır keçir"

01.07.2018 | 3831 dəfə oxunub

"Neftçi”nin yeni transferi Baqali Dabo "Neftçi” TV-yə açıqlama verib. Stadium.Az xəbər verir ki, fransız hücumçu təlim-məşq toplanışını dəyərləndirib:

"Təlim-məşq toplanışımız ağır keçir. Zarafat edirəm, normal keçir. Yeni baş məşqçi və yeni fiziki hazırlıq üzrə məşqçidən yeni şeylər öyrənirik. Bildiyiniz kimi, onlar İtaliyadandırlar. Məncə, hamıya məlumdu ki, italiyalılar təlim-məşq toplanışını necə keçirlər. Biz də bununla burda tanış olduq. Ağır və ya yüngül keçdiyini deyə bilmərəm. Məşqlərimiz orta yüklənmə ilə davam edir. Bir müddət sonra komandamız daha da yaxşı formada olacaq. Adaptasiya prosesi mənim üçün yaxşı keçir. Çünki bir çox futbolçunu əvvəldən tanıyırdım. Bakının müxtəlif yerlərində onlarla tez-tez üzbəüz gəlmişik. Birlikdə oyunlara baxmışıq və yaxud restoranlarda qarşılaşmışıq. Azərbaycan çempionatının oyunlarında bir-birimizə qarşı çox çıxış etmişik. Çoxunu ordan tanıyıram. Ona görə də adaptasiya asan keçir.

İlk oyuna gəldikdə isə, bir az yorğunluq var idi. Məncə, bu normaldı. Artıq bir müddətdi hazırlaşırıq. Fikrimcə, vaxt keçdikcə özümü daha da yaxşı tərəfdən göstərə biləcəm. İlk görüşdəki yorğunluğa baxmayaraq qələbə qazandıq. Mənə elə gəlir ki, pis oynamadım. Amma bunu məşqçi daha yaxşı bilər. İlk oyun üçün hər şey yaxşı idi”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail