"Neftçi"dən ayrılmaq haqda düşünmürəm, belə bir planım yoxdur"

10.07.2018 | 3516 dəfə oxunub

“Neftçi” Mayk Kampaz ilə yollarını ayırıb.  Stadium.Az xəbər verir ki, kolumbiyalı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Bu məlumat açıqlanmamışdan öncə isə "Neftçi"nin digər legioneri Lukas Qomes sportlife.az saytına açıqlamasında bunları deyib:

"Neftçi"dəki insanlar mən və ailəmlə çox pis davrandılar. 2 aydır ki, əmək haqqımı ala bilmirəm. Onlar evimin 3 aylıq kirayə haqqını da ödəməyiblər. Bu, Avropa Liqasında oynayacaq kluba yaraşan hərəkətlər deyil".

Paytaxt klubu Mayk Kampazın ardından argentinalı futbolçunu da göndərmək istəyir. O isə bununla razılaşmaycağını bildirib:

"Neftçi"dən ayrılmaq haqda düşünmürəm, belə bir planım yoxdur. Çünki dekabr ayına qədər bu klubla müqaviləm var".

Qomes "Neftçi"ni qeyri-peşəkarlıqda ittiham edib: "Müqaviləmdə yazılan maaşı sonuna qədər alacağam. Mən onlara qarşı həmişə peşəkar davranmışam, ancaq onlar kimi davranmadılar”.

Bu gün "Neftçi"nin rəsmi saytı məlumat yayaraq futbolçuyla yollrının ayrıldığını bildirib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail