"Qarabağ"dan bilet açıqlaması

13.07.2018 | 4055 dəfə oxunub

"Artıq iki gündür bilet satışı başlayıb. Əvvəlki mövsümlərdən fərqli olaraq, şəhərin müxtəlif məntəqələrində azarkeşlərimiz biletləri əldə edə bilərlər. Qiymətlərdə də fərq yoxdur. Nömrəli sektorlar 1 -10 manat arasında dəyişir".

Stadium.Az xəbər verir ki, bu sözləri açıqlamasında "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov deyib. Ağdam təmsilçisi Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin "Olimpiya" ilə Bakıda keçiriləcək cavab oyunu üçün biletləri iyulun 11-dən etibarən satışa çıxarıb. Satış məntəqələri ilə bağlı məlumat verən klub rəsmisi bütün azarkeşləri "Qarabağ"a dəstək olmağa çağırıb:

"Hətta azarkeşlərimiz onlayn şəkildə də biletləri əldə edə bilərlər. Tofiq Bəhramov adına Respublika stadionundan, Park Bulvarda yerləşən fan-şopumuzdan və “iticket”-ə məxsus bütün kassalardan, eləcə də ASAN Xidmət məntəqələrindən də biletləri əldə etmək olar. Təbii ki, ilk oyundakı 1:0 hesablı qələbə yaxşı nəticə hesab edilsə də, amma bu turu keçmək mənasına gəlmir. Ona görə də, iyulun 18-i 21:00-da baş tutacaq qarşılaşmada azarkeşlərimizin dəstəyi mütləqdir.  Hazırda isə təxminən 5 minə yaxın bilet satılıb. Bilet satışında olan rahatlığı nəzərə alaraq, oyun günü stadionda anşlaq yaşanacağını gözləyirik".

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Olimpiya" oyunu saat 21:00-da başlayacaq. Lyüblyanadakı ilk görüş təmsilçimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşmışdı. (qol.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail