"Bakı"dan Sissokoya yeni vəzifə

10.01.2012 | 4810 dəfə oxunub

“Bakı” klubu seneqallı qapıçısı Xalidu Sissokoya məşqçilik təklif edəcək. Stadium.az xəbər verir ki, bu barədə klubun vitse-prezidenti Zeynal Məmmədov məlumat verib.

Onun sözlərinə görə, Sissoko yayadək komandada qapıçı kimi qalacaq. Mövsümlərarası dövrdə isə 33 yaşlı qolkiperə qapıçılarla işləyən məşqçi kimi çalışması təklif olunacaq. Məmmədov bu mövsüm heç bir oyunda meydançaya çıxmayan qolkiperin hələ də heyətdə saxlanılmasını belə izah edib: 

“Sissoko “Bakı”nın simvoludur. O, 7 ildən çoxdur ki, komandamızdadır. Amma baş məşqçimiz Aleksandr Starkov hazırda əsas qapıçı qismində Marko Şarliyanı, onun əvəzedicisi qismində isə Aqil Məmmədovu oyunlara çıxarır. Üstəlik, “Sumqayıt” klubunda icarədə olan Andrey Popoviçi də qaytara bilərik. Sissokonun “Bakı” üçün xidmətlərini və yaşını nəzərə alaraq, yayda ona məşqçilik təklif edəcəyik”.

Qeyd edək ki, Xalidu Sissoko 2002-ci il dünya çempionatında Seneqal millisinin heyətində yer alıb. O, “Dinamo”nun adını dəyişərək, “Bakı”ya çevrildiyi 2004-cü ildə bu kluba transfer olub. Hazırda komandada qapıçılarla işləyən məşqçi vəzifəsini türkiyəli Aydın Salatan tutur.

lent.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail