"Qəbələ" Sənan Qurbanovun yerinə məşqçi axtarır?

17.07.2018 | 4235 dəfə oxunub

İyulun 19-da keçiriləcək “Proqres” – “Qəbələ” matçı Lüksemburqun Differdanj şəhərində baş tutacaq. Stadium.Az xəbər verir ki, bu, Qurbanovun baş məşqçi postunda son oyunu da ola bilər.

Hər halda gənc mütəxəssisin gələcək taleyi ilə bağlı qaranlıq məqamlar çoxdu. Mayın 28-də keçirilən ölkə kubokunun final oyunundan sonra müqaviləsi uzadılmayan Roman Qriqorçuku əvəzləyən Qurbanov özünü doğrultmağa çətinlik çəkir.

Düzdü, onunla 2 illik müqavilə imzlanıb və yönətim ilk gündən dəstəyini əsirgəmir, lakin istər Sloveniya toplanışı çərçivəsində baş tutan yoxlama görüşləri, istərsə də "Proqres"lə ilk matçda sərgilənən bərbad oyun və uğursuz nəticə öz işini görməkdədi.

Komanda Avroliqada mərhələ adlamasa, Qurbanov istefa ərizəsini yazmalıdı. Bəzi məlumatlara görə, klub rəhbərliyi artıq ehtiyatını görməyə başlayıb. Bir neçə əcnəbi namizəd gözdən keçirilir. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail