Dabo: "Budapeştə ancaq və ancaq qələbə üçün yollanırıq”

18.07.2018 | 1635 dəfə oxunub

“Neftçi”nin hücumçusu Baqali Dabo Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Uypeşt” üzərində ilk oyundakı qələbənin (3:1) memarlarından biri oldu. Onun ilk qolu hesabı bərabərləşdirdi, ikinci qolu isə “ağ-qaralar”ı önə çıxardı.

Stadium.Az xəbər verir ki, "Neftçi”yə bu yay “Qəbələ”dən keçən Dabo, cavab oyunu ilə bağlı fikirlərini klubun rəsmi saytına bölüşüb:

"Təbii ki, qələbəyə görə şadıq. Hesabda geridə olsaq da, matçı çevirə bildik. Bilirəm ki, Budapeştdə bizə ikiqat ağır olacaq, amma buna hazırıq”.

Fransalı forvard həm də cavab oyununa hazırlığı dəyərləndirib: "Var gücümüzlə işləyirik. Budapeştə ancaq və ancaq qələbə üçün yollanırıq”.

 "Uypeşt”ə qarşı "Neftçi”nin heyətində ilk rəsmi oyununa çıxan Dabo, komandada xoşbəxt olduğunu bildirib:

"Özümü çox yaxşı hıss edirəm. Həm meydanda, həm meydanın kənarında uşaqlarla çox mehribanıq. İnanıram ki, gələcəkdə "Neftçi” üçün bundan daha da faydalı olacam”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

18.06.2019

17.06.2019

14:41  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

16.06.2019

12:38  Argentina - Kolumbiya 0:2 VİDEO

00:57  Braziliya - Boliviya 3:0 VİDEO

15.06.2019

14.06.2019

13.06.2019

   
  O Q H M T-f X
1. Neftçi 26 16 7 3 59-19 60  
2. Qarabağ 26 18 6 2 47-22 55  
3. Səbail 26 12 5 9 33-29 41  
4. Qəbələ 26 9 9 8 30-29 36  
5. Sabah 26 7 6 13 20-37 27  
6. Zirə 26 6 7 13 24-39 25  
7. Sumqayıt 26 6 5 15 22-42 23  
8. Keşlə 26 5 5 16 24-41 20  
11.11Sumqayıt ---Keşlə
11.11Qəbələ ---Qarabağ
10.11Səbail ---Sabah
10.11Neftçi ---Zirə
24.11Qarabağ -Sabah
24.11Keşlə -Qəbələ
25.11Zirə -Sumqayıt
25.11Səbail -Neftçi