Vəli Qasımov biabırçılığı izah etməyə çalışdı

11.01.2012 | 4882 dəfə oxunub

Valentin Qranatkinin xatirəsinə həsr olunmuş turnirdə 19 yaşadək futbolçulardan ibarət Latviya və Azərbaycan yığmaları arasında bu gün keçirilmiş oyundan sonra komandamızın baş məşqçisi Vəli Qasımov oyunu dəyərləndirib.

Stadium.az xəbər verir ki, bu qarşılaşmada da məğlub olmaqla turniri sonuncu pillədə başa vurmuş yığmamızın çalışdırıcısı acınacaqlı durumu belə izah edib:

"Təbii ki, nəticədən razı deyiləm. Ümumilikdə, turnir bizim üçün çox çətin keçdi. Məğlubiyyətlərimizin əsas səbəblərindən biri turnirə eksperimental heyətlə gəlməyimizdir. Yeni futbolçuları sınaqdan keçirdik. Oyunlarımızın təhlilini apararaq deyə bilərəm ki, heyətdə köklü dəyişikliklər edilməlidir. Bütün mövqelərdə yeni futbolçulara ehtiyacımız var. Qapıçılarımızın da zəif çıxışını qeyd edərdim. Belə heyətlə Avropa çempionatının seçmə mərhələsində uğur qazanmaq olmaz.

Düşünürəm ki, turnirdə hakimliyin səviyyəsi qənaətbəxş deyildi. Finlandiya yığması ilə oyunda böyük hesabla məğlubiyyətimizə hakim səhvi ciddi təsir göstərdi. Eləcə də, digər qarşılaşmalarda analoji hallarla üzləşdik. Məsələn, hər hansı qayda pozuntusuna görə futbolçumuza vərəqə göstərildiyi halda, oxşar vəziyyətdə rəqibə qarşı müvafiq addımın atılmadığının dəfələrlə şahidi olduq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail