Birinci divizionu ilə əvəzedicilərin çempionatı birləşdirildi

24.07.2018 | 3409 dəfə oxunub

Futbol üzrə Azərbaycan birinci divizionu ilə əvəzedicilərin çempionatı birləşdirilib.

Stadium.az xəbər verir ki, bu barədə AFFA İcraiyyə Komitəsinin iclasından sonra qurumun baş katibi Elxan Məmmədov jurnalistlərə açıqlamasında məlumat verib. O bildirib ki, iclasda 2018/2019 mövsümündə iki yarışın birgə təşkilinə dair qərar qəbul olunub.

"İki ay öncə də birinci divizion məsələsi müzakirə olunmuşdu. Həmin vaxt Klublar Komitəsinin adından yeni konsepsiya təklif etmişdik. Lakin bildirildi ki, məsələ daha detallı araşdırılsın. Nəticədə Klublar Komitəsi, Məşqçilər Komitəsi, Peşəkar Futbol Liqası və klublarla müzakirə aparıldı. Yeni konsepsiya hazırlandı. İclasda əvəzedici komandaların birinci divizionda çıxışına qərar verildi. Beləliklə, diviziondan 4 və ya 6, əvəzedicilərdən isə 8 komanda eyni yarışda iştirak edəcəklər. Birinci divizonda yeni komanda olmayacaq. Yeni komandalar Region Liqada çıxış etməlidir. Həmçinin, divizonda limit tətbiq ediləcək. Limit 4 sərbəst, 6 1998-ci il təvəllüdlü, bir nəfər isə 2001-ci il təvəllüdlü olacaq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail