Sumqayıtlı futbolsevərlərdən Zakir Fərəcova müraciət: bizi AFFA-nın əsarətindən xilas edin!

25.07.2018 | 5937 dəfə oxunub

Çox hörmətli Zakir müəllim!

Bu məktubu sizə sumqayıtlı futbolsevərlər, azarkeşlər, futbol ictimaiyyəti və jurnalistlər adından yazırıq. Sumqayıt futbolunun xilası naminə. Çünki sizin Sumqayıta necə bağlı olduğunuzu, şəhərimizi necə sevdiyinizi gözəl bilirik. Gördüyünüz işlər də bu sevginin bariz sübutudur. Təyinatınızdan elə də böyük zaman keçməsə də şəhərimizin simasının hansı sürətlə dəyişdiyi göz önündədir. Sumqayıt günü-gündən abadlaşır, gözəlləşir, yeni-yeni yollar, parklar salınır, iş yerləri açılır, yeni, müasir tikililərin sayı durmadan artır. Sumqayıt bulvarını isə sizin şah əsəriniz adlandırmaq olar. Bu gün Sumqayıta gələn istər yerli, istərsə də xarici turistlərin qarşısında qürurla “bura bizim şəhərimizdir” deyə bilirik. Təsaüdfi deyil ki, ölkə başçısı cənab İlham Əliyev də sizin gördüyünüz işlərə yüksək qiymət vermiş, Sumqayıtda görülən işləri yüksək dəyərləndirmişdi. Ona da əmin olun ki, bu yolda hər birimiz sizin arxanızdayıq və sizə dəstəyik. 

Ancaq çox təəssüf ki, digər sahələrdə gedən sürətli inkişaf fonunda şəhərimizə aid olmayan bəzi insanların əlində əsir olan Sumqayıt futbolu yerində sayır. Məhz həmin insanların günahı və şəxsi maraqları ucbatından ölkənin ikinci böyük şəhəri, özü də böyük futbol ənənələri olan şəhəri irəli gedə bilmir. Məlumat üçün bildirək ki, hazırda Premyer Liqada Sumqayıtı təmsil edən “Sumqayıt” Futbol Klubu 2010-cu ildə təsis edilib (Halbuki 1995-ci ildə bu adda olan komanda ölkə çempionatında mübarizə aparıb). Komandanın təsisçisi və əsas sponsoru “Azərikimya” şirkətidir. Bütün rəsmi sənədlərdə bu cür gedir. Ancaq faktiki olaraq komanda AFFA-nın nəzarətindədir. Daha da dəqiqləşdirsək, AFFA-nın baş katibi Elxan Məmmədovun qoyduğu strategiya ilə gedir və bu strategiyadan bir addım da kənara çıxa bilməz. Hansı ki, həmin strategiya şəhərin futbol ənənələrinə, sumqayıtlı futbolsevərlərin marağına daban-dabana ziddir. Klub turnir cədvəlində şəhəri təmsil etsə də strategiyası və gələcəyi ilə bağlı bütün qərarlar birbaşa AFFA-dan verilir, kluba rəhbərlik edən şəxslər də birbaşa federasiyadan göndərilir. Təsəvvür edin, futbol federasiyası bu gün “Sumqayıt” klubuna legioner futbolçu gətirməyi qadağan edib. Hansı ki, dünyanın heç bir yerində bu cür anormallıq yoxdur. “Sumqayıt” yarandığı gündən bu günə kimi daha çox digər klublarda heç kimə lazım olmayan futbolçuları heyətinə qatmaqla oynayıb. Gözləyiblər görək hansı klub hansı futbolçunu lazımsız hesab edib kənara atacaq ki, biz gedib onu “Sumqayıt”a gətirək. Məhz bu cür anormal strategiyaya etiraz olaraq komandanın sumqayıtlı baş məşqçisi Samir Abasov ötən mövsümün sonunda postundan getdi. Hansı ki, məhdud imkanlarla döyüşkən kollektiv formalaşdırmışdı. Həmin komanda şəhərimizimn futbol tarixi ərzində ilk dəfə Avropaya vəsiqə qazana bilərdi. Lakin haqqında yuxarıda bəhs etdiyimiz maraqlı qüvvələrin sayəsində şəhərimizi təmsil edən komanda qurban seçildi və bu imkan onun əlindən alındı. Komandanın prezidenti Kamran Quliyev bir saatın içində “Sumqayıt”dan götürülərək çətin vəziyyətdə olan başqa kluba aparıldı. Daha sonra baş menecer postunu tutan Ceyhun Sultanov da əks düşərgəyə aparıldı. Bununla da döyüşkən kollektiv parçalandı, məşqçilər korpusuna, futbolçulara, azarkeşlərə böyük mənəvi zərbə vuruldu. Hansı ki, hər oyunda, yağışda, qarda stadiona gəlib sevimli komandalarını dəstəkləyirdilər. Halbuki klubun səlahiyyətləri özündə olsaydı, “Sumqayıt” sizin kimi Sumqayıtı sevən insanların nəzarətində olsaydı heç kim cürət edib avrokubokların bir addımlığında olan komandanı parçalaya, ona bu cür ağır zərbə vura bilməzdi. 

Qarşıdan yeni futbol mövsümü gəlir. “Sumqayıt”ın strategiyası yenə dəyişməyəcək. Klub yenə AFFA-nın qoyduğu strategiya ilə gedəcək, komandaya legioner transfer etmək yenə qadağan edilib. Komanda hazırda Türkiyədə təlim-məşq toplanışındadır. Lakin nəticələr indidən bədbin düşünməyə əsas verir. Ötən gün "Sumqayıt" klubu yoxlama görüşündə Türkiyənin eləm də güclü sayılmayan "Alaniyaspor" klubuna 0:7 hesabı ilə məğlub olub. Bu rüsvayçı məğlubiyyətin özü komandanın növbəti mövsümə necə hazır olduğunu göstərir.

Sizdən xahişimiz nədir? Şəhərimizin futboluna, şəhərimizin komandasına sahib çıxın. İmkan verməyin ki, Sumqayıt futbolu, “Sumqayıt” klubu kimlərinsə şəxsi maraqlarına xidmət eləsin, kimlərinsə əlində oyuncağa çevirilsin. Bu şəhərdə futbolu çox sevirlər. Oyunlara gələn azarkeş sayı da bunu deməyə əsas verir. Hansı ki, tribunada yer olmadığı üçün insanlar pilləkənlərin üstündə oturur, orda da yer tapa bilməyənlər hasar arxasında oyunları izləyirlər. Bunun özü də ayrı bir mövzudur ki, yarım milyonluq şəhərin futbolu 1300 yerlik kiçik meydançaya sığışdırılıb. Mehdi Hüseynzadə adına 15 minlik stadion günü-gündən dağılıb gedir. Hansı ki, AFFA bu yöndə də bu günə kimi heç bir əməli addım atmayıb. Biz şəhərimizi, onun futbolunu, komandasını çox sevirik. İstəyirik ki, şəhərimizin komandasının səsini Avropadan eşidək. Bu günə kimi Gəncə, Tovuz, Şəmkir, İmişli, Yevlax, Zaqatala, Masallı və s. şəhər və rayonlarımızın komandaları Avropada oynasa da böyük futbol ənənəsi olan Sumqayıt hələ də bu sıraya qoşula bilmir. Hətta Zirə və Keşlə kimi kiçik qəsəbələr də bu sevinci yaşayıb. Axı Sumqayıt futbolu, Sumqayıt azarkeşi də bu sevinci yaşamağa layiqdir. Ümid edirik ki, məhz sizin müdaxiləniz sayəsində şəhərimizin futbolu bəzi şəxslərin inhisarından xilas olacaq. AFFA-dakı bəzi insanlar unutmasın ki, xərclənən vəsait onların yox, dövlətin, xalqın vəsaitidir. Klubun büdcəsi SOCAR-dan gələn pulla maliyələşir. SOCAR isə dövlətin şirkətidir. Biz istəmirik ki, dövlətin pulu məhz AFFA-nın əli ilə bura gəlsin. Çünki bu zaman federasiyadakı bəzi şəxslər həmin vəsaiti öz marağına görə xərcləyir və komandanı da həmin maraqlara uyğun strategiya ilə idarə edir. Əgər vəsait şəhər rəhbərliyinin əli ilə komandaya ayrılsa o zaman “Sumqayıt” heç kimdən asılı olmayan, onun futbolsevərlərinin marağına xidmət edən komanda olar. Sizdən bu yolda öz köməyinizi əsirgəməməyinizi xahiş edirik. “Sumqayıt” klubunu “AFFA-nın komandası” statusundan Sumqayıtın komandasına çevirin. Bu yolla siz həm Sumqayıtın inkişafı yolunda daha bir mühüm addım atmış, həm də ölkə başçısının idman siyasətinə ən yüksək səviyyədə dəstək vermiş olacaqsınız. Böyük hörmət və ümidlərlə:

Tərlan Paşazadə, vikiçi, yutuber

Şahmar Abdullayev, sabiq futbolçu

Nigar Sultanova, şəhər sakini, fəal gənc

Fariz Əli, şəhər sakini

Rəhman Rəsulov, Tv&Radio jurnalist

Şəhriyar Əhmədov, iqtisadçı

Elşən Həsənzadə, şəhər sakini, futbol azarkeşi

Ruslan Əhmədov, futbol azarkeşi

Mehman Abdurəhimov, fəhlə, futbol azarkeşi

Kərim Nəzərov, futbol azarkeşi

Tural Həsənov, marketing specialist

Rüstəm İsmayılov, azarkeş

Azər Hüseynov, azarkeş

Əli Mirzəyev, azarkeş

Anar Əliyev, azarkeş

Şahin Məlikov, tələbə, futbol azarkeşi

Vüqar Kərimov, azarkeş

Ramil Yaqub Zeynallı, jurnalist

Kamal Abdulla, jurnalist

Elnur Ağayev, jurnalist

Mürsəl Behbudlu, müəllim, futbol azarkeşi

Emin Əliyev, azarkeş

Turan Ağazadə, 5 yaşlı "Sumqayıt" azarkeşi

Vüsal Hacıyev, şərqşünas, futbol azarkeşi

Şahin Pənahəli, şəhər sakini, futbol azarkeşi

Vüqar Ağayev, şəhər sakini, futbol azarkeşi

Nuhbala Tarverdiyev, jurnalist

Kənan Məstəliyev, jurnalist

Anar Xanlarov, jurnalist

Xanoğlan İmanov, jurnalist

Vüsal Abışov, azarkeş

Ruslan Heydərli, azarkeş

Fuad İsmayılov, azarkeş

Samir Bayramov, sabiq futbolçu, şəhər sakini

Toğrul Bayramlı, ekoloq, şəhər sakini, futbol azarkeşi

Vüsal Cavadov, azarkeş

Ceyhun Əsgərov, azarkeş

Tural Rüstəmli, azarkeş

Varis Yolçuyev, yazıçı, şəhər sakini, futbol azarkeşi

Yusif Hüseynov, azarkeş

Seymur İsmayılov və daha 270 nəfər...



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail