Simeon Slavçev: “Qarabağ”ın heyətində dörd oyun keçirmişəm və hər matçda daha yaxşı çıxış edirəm"

03.08.2018 | 4391 dəfə oxunub

“Qarabağ”ın yeni transferi Simeon Slavçev Bolqarıstan mətbuatına açıqlama verib. Stadium.Az xəbər verir ki, bolqarıstanlı futbolçu yeni klubunda xoşbəxt olduğunu bildirib:

“Həqiqətən, çox xoşbəxtəm. Xüsusilə də, “Sportinq”dən ayrıldığım üçün. Bu, mənim üçün böyük bir yük idi. Orda hər zaman psixoloji və idarəçiliklə bağlı problem olurdu. İndi futboldan zövq alıram və bunu da sübut etməyə çalışıram. “Qarabağ”ın heyətində dörd oyun keçirmişəm və hər matçda daha yaxşı çıxış edirəm. Düşünürəm ki, son oyunda daha yaxşı çıxış etdim. Penalti ilə nəticələnən üç məhsuldar ötürmə verdim.

“Qarabağ”da olduqca xoşbəxtəm. Çünki bu komandanın oyun üslubu xoşuma gəlir. Burda mənə dəyər verirlər. Məncə, öz oyunumu daha da yaxşılaşdıra bilərəm”.

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində BATE ilə keçirəcəkləri oyun haqda da danışan 24 yaşlı futbolçu rəqibi keçəcəklərini düşündüyünü deyib:

“BATE inanılmaz komandadır. Müasir futbol belədir ki, rəqibi azacıq da olsa, qiymətləndirməsəz, bu, sizə baha başa gələ bilər. Ona görə də, kollektiv və baxımlı oyun nümayiş etdirməliyik. Düşünürəm ki, BATE-ni mübarizədən kənarlaşdırıb, yolumuza davam edə bilərik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail