"Neftçi" və "Qarabağ" üçün yubiley oyunu

06.08.2018 | 3798 dəfə oxunub

Bu həftə Premyer Liqada 2018/19 mövsümünə start veriləcək. Stadium.Az xəbər verir ki, 27-ci dəfə təşkil olunan yarışın ilk turu bir debütlə əlamətdar olacaq.

Birinci diviziondan Premyer Liqaya vəsiqə qazanan “Sabah” ilk dəfə Azərbaycan çempionatının yüksək dəstəsində mübarizə aparacaq. Debütant yarışın tarixinə 60-cı komanda kimi düşəcək. Bunadək keçirilən 26 turnirdə 59 klub mübarizə aparıb. 

Premyer Liqanın digər 7 iştirakçısından ikisi isə bütün çempionatlara qatılıb. Bunlar ölkənin iki ən titullu klubu “Neftçi” və “Qarabağ”dı. Arxada qalan 26 çempionatda hərəyə 749 matç keçirən Bakı və Ağdam təmsilçisi ilk turda yubiley qeyd edəcək. Hər iki komanda ölkə çempionatlarında 750-ci matçına çıxacaq. “Neftçi” yubileyi “Sumqayıt”, “Qarabağ” isə “Zirə” ilə matçda qeyd edəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail