"Qəbələ" "Beşiktaş"da çalışmış mütəxəssislə gücləndi

12.01.2012 | 4411 dəfə oxunub

"Qəbələ"nin məşqçilər heyətinə yeni mütəxəssis cəlb olunub. Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu gənc olmasına baxmayaraq, uğurlu karyeraya sahib İbrahim Bakırdır.

"Qəbələ"də yardımçı məşqçi kimi fəaliyyət göstərəcək Bakır məşqçilik karyerasının önəmli hissəsində Ertuğrul Sağlamın məşqçilər korpusunda yer alıb. "Samsunspor"da uğurlu mövsümdən sonra "Kayserispor"a keçən İbrahim Bakırın da yer aldığı məşqçilər korpusu bu komanda ilə avrokuboklara vəsiqə qazanıb. Uğurlu "Kayserispor" karyerasından sonra məşqçilər korpusu "Beşiktaş"la müqavilə imzalayıb və mövsümü 3-cü yerdə bitirib.

"Beşiktaş"dan sonra "Bursaspor"da fəaliyyətə başlayan heyət bu komanda ilə Türkiyə tarixində ilk dəfə olaraq, ölkənin 4 böyük komandasından başqa bir komanda ilə çempionluq qazanıb.

Artıq iki gündür "Qəbələ"nin  hazırlıq prosesində yer alan Bakır yeni klubu barədə ilkin təəssüratlarını bölüşüb: " Qəbələyə gəlməmişdən öncə də Azərbaycan və Azərbaycan futbolu haqda məlumatım var idi. Burada olan dostlarım ölkə haqqında mənə dolğun informasiya vermişdilər. "Qəbələ" haqda məlumatım isə Fatih Kavlak  burada işləməyə başlayandan sonra oldu. O, mənə klub, gələcək planlar, qarşıya qoyulan hədəflər, infrastruktur, uşaq futboluna ayrılan diqqət barədə məlumat verdi. Bütün bunlar çox xoşuma gəldi və məndə maraq oyatdı".

Bakır "Qəbələ"nin bir neçə oyununu izlədiyini, heyətdə yüksək səviyyəli futbolçuların olduğunu bildirib: "Azərbaycan çempionatı günü-gündən inkişaf edir. Əhali və komanda sayının az olmasına baxmayaraq, futbolun səviyyəsi müsbətə doğru dəyişir. Buradakı futbolçuları gördükdən sonra inkişaf  prosesinin getdiyinə bir daha əmin oldum. Daha öncə "Qəbələ"nin bir neçə oyununu izləmişəm.  Komanda xoşuma gəldi. Heyətdə yüksək səviyyəli futbolçular var". 

Söhbət əsnasında məşqçi "Qəbələ"nin inkişaf etməkdə olan infrastruktruna da toxunub: "Baza və meydançalar  çox xoşuma gəldi. Görülən və görüləcək işlər hər şeyin daha yaxşı olacağından xəbər verir.  İnanıram ki, futbol təcrübəmlə komandanın gücünə güc qatıb onun hədəflərinə çatmasında yaxından rol oynayacam".

Dosye:

İbrahim Bakır
Doğum tarixi, yeri: 21.09.1978, Yozqat
Təhsili: ODTÜ Bədən Tərbiyəsi və İdman fakültəsi
Məşqçilik karyerası: “Samsunpor”, “Kayserispor”, “Beşiktaş”, “Bursaspor”
Evlidir, 2 övladı var.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail