Abdulbari Gözəl "Qarabağ"la görüşüb

11.08.2018 | 5243 dəfə oxunub

"Qarabağ” sabah Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçında qarşılaşacağı BATE-ylə oyun üçün Belarusa yollanacaq. 

Stadium.Az Ağdam klubunun saytına istinadən xəbər verir ki, vacib oyunöncəsi klub prezidenti Abdulbari Gözəl bu gün komandanı ziyarət edib. 

Son məşq öncəsi bazaya  gələn  klub rəhbəri ilk olaraq baş məşqçi Qurban Qurbanovla görüşüb. Komandanın son qarşılaşması, ümumiyyətlə cari mövsüm avrokubok perspektivləri haqqında danışılıb. Daha sonra A.Gözəl komanda ilə görüşüb. Çıxışında BATE ilə sonuncu qarşılaşmaya toxunan klub prezidenti məğlubiyyətə baxmayaraq komandaya inandığını, xüsusilə 2-ci hissədə "Qarabağ"ın oyunundan məmnun qaldığını bildirib. 

Komandanın uzun illər Qurban Qurbanovun rəhbərliyi altında sabit çıxış etdiyini bildirən klub rəhbəri "Qarabağ"ın artıq Avropada və dünyada tanınan bir klub olduğunu bildirib. Nəinki futbolda, həyatda düzgün strategiyanın vacibliyini vurğulayaraq "Qarabağ"ın uğurlarını sabitlik, dürüstlük və ədalət prinsipləri üzərində qurulduğunu qeyd edib. Baş məşqçiyə, komandaya inamını nümayiş etdirən A.Gözəl Belarusda komandanın müvəfəqiyyət qazanacağına inandığını vurğulayıb. Sonda Abdulbari Gözəl komandaya uğurlar arzulayıb.












Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail