"Çox sevinirəm ki, çempionatda ilk qola mən imza atdım"

12.08.2018 | 1640 dəfə oxunub

"Neftçi"nin hücumçusu Mirabdulla Abbasov Azərbaycan Premyer Liqasının I turunda "Sumqayıt"a 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərə açıqlama verib.

Stadium.Az xəbər verir ki, mövsümün ilk qolunu vuran forvard fərqlənməyin psixoloji cəhətdən faydalı olduğunu deyib.

"Çox sevinirəm ki, çempionatda ilk qola mən imza atdım. Ən vacib olan qələbə qazanmaq idi. Qol vurmağımdan da bu daha önəmlidir. Hücumçu kimi üzərimə belə bir vəzifə düşür. Çox şadam ki, qolumla komandamın qələbəsində pay sahibi oldum. Əlbəttə. Hücumçuya qol vurmaq psixoloji cəhətdən kömək edir. Bu da mənə yaxşı təsir etdi".

Abbasov qələbəyə layiq olduqlarını bildirib:

"Fikrimcə qələbəyə layiq idik. Hələ çempionat təzə başlayıb. İndidən nəsə söyləmək tezdir. Oyundan-oyuna daha yaxşı formada olacağıq".

Mirabdulla qol vurmasına baxmayaraq, özünü oyunun ən yaxşısı adlandırmayıb:

"Bunu bilmirəm, deyə bilmərəm. Hamının qələbədə payı var. Özümü qəhraman hesab etmirəm. Üzərimə düşən qol vurmaq idi və buna nail oldum".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

14.12.2018

02:54  "Qorxaqlar belə hərəkət edirlər" - Qurban Qurbanov

02:00  "Qarabağ" "Arsenal"a məğlub oldu - YENİLƏNİB

13.12.2018

22:58  "Arsenal" - "Qarabağ" -HEYƏTLƏR

13:19  "Real"ın məğlubiyyəti VİDEO

13:16  "Ayaks" - "Bavariya" VİDEO

12.12.2018

11:25  "Srvena Zvezda" - PSJ 1:4 VİDEO

11.12.2018

12:29  1/4final mərhələsinin püşkü - Ölkə kuboku

   
  O Q H M T-f X
1. Neftçi 10 8 1 1 20-7 25  
2. Qarabağ 10 6 2 2 17-11 20  
3. Səbail 10 5 2 3 12-11 17  
4. Sabah 10 5 1 4 9-11 16  
5. Qəbələ 10 3 3 4 14-14 12  
6. Sumqayıt 10 3 2 5 10-13 11  
7. Keşlə 10 1 3 6 8-14 6  
8. Zirə 10 1 2 7 7-16 5  
11.11Sumqayıt ---Keşlə
11.11Qəbələ ---Qarabağ
10.11Səbail ---Sabah
10.11Neftçi ---Zirə
24.11Qarabağ -Sabah
24.11Keşlə -Qəbələ
25.11Zirə -Sumqayıt
25.11Səbail -Neftçi