"Qəbələ" və futbolçuları üçün əlamətdar tur

13.08.2018 | 4601 dəfə oxunub

Premyer Liqasının 2018/19 mövsümünə “Səbail”lə qarşılaşma ilə start verən “Qəbələ” 3:0 hesabı ilə qalib gəlib.

Stadium.Az xəbər verir ki, bu, komandanın tarixinə 49-cu böyükhesablı qələbə kimi düşüb. “Qırmızı-qaralar” 28-ci dəfə Premyer Liqa matçında 3 və ya daha çox top fərqinə nail olub.

“Qəbələ” tarixində 2-ci dəfə Premyer Liqada mövsümə böyükhesablı qələbə ilə başlayıb. İlk belə hadisə 2008/09 mövsümündə qeydə alınmışdı. 10 il öncə komanda startda “Muğan”ı 4:1 hesabı ilə məğlub etmişdi.

“Səbail”lə matçda vurulan ilk top “Qəbələ”nin Premyer Liqada 450-ci qolu kimi tarixə düşüb. Yubiley qolunun müəllifi Asif Məmmədov olub. “Qırmızı-qaralar” 365-ci oyununda rəqib qapısına vurulan topların sayını 452-yə çatdıra bilib.

Asif həm də özünün “qırmızı-qara” forma ilə 10-cu çempionat qoluna imza atıb. Ümumilikdə isə yarımmüdafiəçi bu komandada 13 dəfə rəqib qapısına yol tapıb. Bütün qollarını çempionatda vuran Ürfan Abbasov isə 3-cü dəfə fərqlənib.

“Qəbələ”də qol hesabını açan Ceyms Adeniyi klub tarixinə bunu bacaran 120-ci oyunçu kimi düşüb. O, “qırmızı-qaralar”ın Premyer Liqada qol vuran 92-ci futbolçusudur.

5 oyunçu isə Premyer Liqada ilk dəfə klubun formasını geyinib. Sabien Lilay, Ceyms Adeniyi, Lalavele Atakora, Bəhlul Mustafazadə və Rauf Əliyev UEFA Avropa Liqasının ardından çempionatda da “Qəbələ”də debüt ediblər. Bununla da komandanın Premyer Liqada çıxış edən futbolçularının sayı 214-ə çatıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail