Türkiyənin baş məşqçisi: "Yaxşı ki, Azərbaycanla eyni qrupa düşmədik"

12.01.2012 | 4452 dəfə oxunub

"Qəbələ" Futbol Akademiyasının direktoru Ali Yavaşın oğlu Kerem Yavaşın toyu Türkiyənin tanınmış futbol adamlarını "Qəbələ”" rəsmilərilə biraraya gətirib. Stadium.az xəbər verir ki, toy mərasimində iştirak edən "Galatasaray"ın baş məşqçisi Fatih Terimlə görüşən nümayəndələrimiz təcrübəli mütəxəssislə bir müddət fikir mabadiləsi aparıblar.

Rəsmilərimizdən son dövrlər "Qalatasaray"ın Türkiyə Superliqasında və kubokunda göstərdiyi uğurlu nəticələrə görə təbrikləri qəbul edən Terim uzun müddətdir Azərbaycana gəlmək istədiyini, lakin vaxt azlığı səbəbindən səfərin hələ ki, təxirə salındığını bildirib. O, Azərbaycanı və Azərbaycan futbolunu daim diqqət mərkəzində saxladığını söyləyib.

Mərasim iştirakçılardan Türkiyə milli komandasının baş məşqçisi Abdullah Avcı rəsmilərimizlə söhbət əsnasında maraqlı açıqlama ilə yadda qalıb. Türkiyənin Avropa çempionatının seçmə mərhələsində Azərbaycanla qarşılaşmalarını yada salan Avcı yarı zarafatla "Yaxşı ki, Azərbaycanla eyni qrupa düşmədik, Yoxsa bizə yenə çox çətin olacaqdı" deyib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail