Sənan Qurbanov: "Kobud səhvlər oldu"

19.08.2018 | 5970 dəfə oxunub

Premyer Liqasında 2-ci turun “Nefçi” – “Qəbələ” (2:1) oyunundan sonra keçirilən mətbuat konfransında “qırmızı-qaralar”ın baş məşqçisi Sənan Qurbanov jurnalistlərin suallarını cavablandırdı.

- İlk hissədə gözləmədiyimiz oyun oldu. Kobud səhvlərimiz oldu. “Neftçi”nin sürətli futbolçuları var. Əllərinə düşən imkanlardan yararlandılar. İlk hissədə topu saxlaya bilmirdik, ona görə də rəqib bundan istifadə etdi. İkinci hissədə oyunumuz bir qədər alınırdı. Xeyli qol epizodu yaxaladıq. Lakin cəmi birindən isdtifadə edə bildik. Futbolda belə şeylər olur. Psixoloji gərginliyi üzərimizdən atıb növbəti oyuna hazırlaşacağıq.  

– Düşünmürsünüz ki, bu matçda son oyuna nisbətən nəyisə dəyişmək lazım idi?

– Əlimizdə olan imkanlardan yararlandıq. Oyuna sonrada Rauf Əliyev daxil olduq. Gələcək oyunlarda da istifadə edəcəyik. Futbolçularıma inanıram. 

– Monroz bu gün sanki oyuna hazır deyildi…

– O, zədəli idi. Fərdi məşqlər edirdi. Dünən komanda ilə məşqə çıxdı. Deməzdim ki, passiv oldu. Ancaq etiraf etmək lazımdı ki, az məşq edib 

– Sanki mərkəz müdafiəçiləri həyəcanlı idi…

– Hər ikisi bizim güvəndiyimiz oyunçudu. Kobud səhvlər oldu. Ümid edirəm bunu düzəldək. Heyətdə dəyişiklik ola bilər. Səhvləri analiz edəcəyik. Bir daha təkrarlanmaması üçün çalışacağıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail