"O, nə vaxt qərar versə ki, mən hazıram, onda meydana çıxacam"

24.08.2018 | 3198 dəfə oxunub

Krılya Sovetov-un yeni transferi Ramil Şeydayev klub saytına açıqlama verib. Goal.az xəbər verir ki, millimizin üzvü bunları deyib:

“Şadam ki, Premyer Liqada debüt etdim. Ancaq uduzduğumuz üçün bu, ikinci planda qalır. Qələbənin dadı tamam başqadır. İlk hissədə yaxşı oynamadıq. Ancaq ikicni hissədə aydın olmadı ki, kim birinci diviziondan çıxıb, kim Rusiya çempionudur. Stadion əladır. Azarkeşlər çox xoşuma gəldi. Hətta məğlub olduğumuzun oyundan sonra da dəstəklərini əsirgəmədilər. Sonadək bizi alqışladılar. Buna görə onlara minnətdaram. Ümid edirəm ki, növbəti oyunlarda da bizi bu cür dəstəkləyəcəklər”.

Gənc hücumçu komandanın əsas üzvünə çevrilmək istədiyini də əlavə edib: “Bir həftədir komandadayam. Ancaq futbolu birinci dəfə oynamıram və məndən nə tələb olunduğu yaxşı başa düşürəm. Tapşırıqları yerinə yetirməyə çalışacam ki, komandaya mümkün qədər çox fayda verim.

Onu deyə bilərəm ki, ilk dəqiqədən meydanda olmaq, komandama daha çox kömək etmək istəyirəm. Çalışacam. Hər şey baş məşqçimizin dediyi kimi olacaq: "O, nə vaxt qərar versə ki, mən hazıram, onda meydana çıxacam".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail