"Qəbələ"nin "Sumqayıt"la 25-ci dueli

24.08.2018 | 5243 dəfə oxunub

Bu həftə Azərbaycan Premyer Liqasında III turun oyunları keçiriləcək. Stadium.Az xəbər verir ki, milli komandaların qarşılaşmaları ilə əlaqədar yaranacaq fasilə öncəsi “Qəbələ” “Sumqayıt”la üz-üzə gələcək.

“Qırmızı-qaralar”ın mövsümdəki ikinci ev matçı avqustun 25-də baş tutacaq.

Qəbələ şəhər stadionundakı görüş rəqiblərin 25-ci dueli olacaq. Komandalar indiyədək yalnız Premyer Liqada qarşılaşıb. İlk dəfə 2012-ci ildə üz-üzə gələn “Qəbələ” və “Sumqayıt”ın indiyədək keçirdiyi 24 matçda üstünlük “qırmızı-qaralar”ın tərəfindədir.

Əvvəlki 6 mövsümdə "Qəbələ" 16 qələbə qazanıb, 6 heç-heçə edib və yalnız 2 dəfə uduzub. Top fərqində də “Qəbələ” böyük üstünlüyə malikdir – 43:17. Bu da onunla bağlıdır ki, “qırmızı-qaralar” əvvəlki oyunların hamısında qol sevinci yaşayıb.
"Qəbələ"nin bu matçlarda vurduğu 43 qola 26 futbolçu imza atıb. Daha bir dəfə rəqib futbolçu topu öz qapısından keçirib. “Qəbələ”nin “Sumqayıt”la görüşlərdəki bombardiri Viktor Mendi 7 dəfə fərqlənib.

Aleksey Qay, Dodo, Baqali Dabo və Cavid Hüseynov hərəyə 3 qol vurublar.
“Qəbələ”nin öz meydanında keçirdiyi qarşılaşmalardakı üstünlüyü daha böyükdür. 12 görüşdə 10 dəfə qalib gələn komanda cəmi 2 heç-heçə edib. Qonaqların qapısından 24 top keçirən futbolçularımız 6-nı buraxıblar(gabalafc.az).

Avqustun 25-də Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 18:00-da başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail