AFFA Ramiz Məmmədovu cərimələyib

29.08.2018 | 1951 dəfə oxunub

AFFA İntizam Komitəsinin iclası keçirilib. Stadium.Az xəbər verir ki, bu gün keçirilən iclasda Birinci Divizionun 1-ci və 2-ci turunun oyunlarında qeydə alınan qayda pozuntuları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

Birinci divizionun 1-ci turunun “Şüvəlan” - “Sumqayıt-2” matçının 36-cı dəqiqəsində “Sumqayıt-2”-nin futbolçusu Səbuhi Abdullazadə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur.

Birinci divizionun 1-ci turunun “Qaradağ-Lökbatan” - “Neftçi-2” matçında “Neftçi-2”-nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

Birinci divizionun 2-ci turunun “Qarabağ-2” - “Turan Tovuz” matçında “Turan Tovuz”un 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

Birinci divizionun 2-ci turunun “Neftçi-2” - “Sabah-2” matçının 66-cı dəqiqəsində “Sabah-2”-nin məşqçisi Alim Qurbanov qaydaları pozduğuna görə texniki zonadan kənarlaşdırılıb. Bu səbəbdən məşqçi 1 oyun cəzalanır, klub 80 manat cərimə olunur.

Birinci divizionun 2-ci turunun “Keşlə-2” - “Sumqayıt-2” matçında “Sumqayıt-2”-nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur. Oyunun 90+5-ci dəqiqəsində “Keşlə” klubunun futbolçusu Ruslan Nəsirli hakimi təhqir etdiyinə görə meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 4 oyun cəzalanır, klub 320 manat cərimə olunur.

Oyun başa çatdıqdan sonra “Keşlə” klubunun idman direktoru Ramiz Məmmədov hakim-inspektorun icazəsi olmadan hakimlər otağına daxil olub, hakimlərə öz etirazını bildirdiyinə görə klub 160 manat cərimə olunur. Bu hal yenidən təkrarlanacağı təqdirdə kluba qarşı daha ağır sanksiya tətbiq olunacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

05.06.2020

03.06.2020

02.06.2020

01.06.2020

12:12  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

30.05.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ