Qoran Sabliç: "Məğlubiyyətimizə "Qarabağ"ın möhtəşəm oyunu səbəb oldu"

30.08.2018 | 5267 dəfə oxunub

"Qarabağ" - "Şerif" (3:0) oyunundan sonra Moldova klubunun baş məşqçisi Qoran Sabliç mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- "Qarabağ"ı qrup mərhələsinə yüksəlmələri münasibətiylə təbrik edirəm. Ən azı heç-heçəyə ümid edirdik. Ancaq qollar buraxaraq ümidlərimiz öldü. Rəqib qolları zamanında vurdu. Sona kimi mübarizə aparmaq istəsək də, bunu edə bilmədik. Ani vəziyyətlərdə topu əldən verirdik. Çox çalışsaq da, vəziyyəti düzəldə bilmədik.

- Bu gün komandanızın məğlubiyyətinə "Qarabağ"ın möhtəşəm oyunu səbəb oldu, yoxsa "Şerif"in aciz oyunu?

- Təbii ki, "Qarabağ"ın möhtəşəm oyunun qeyd etməliyəm. Bəzi futbolçualrımız da öz səviyyələrindən aşağı səviyyədə çıxış etdi. Əlbəttə, nəticə oyuna görə oldu. Bütün gücümüzü ortaya qoysaq da, nəysə edə bilmədik. Səfər oyununda əsas məsələ qol buraxmamaq idi, bunu bacarmadıq.

- İlk oyundan sonra daha çox qol vura biləcəyinizi bildirmişdiz. Bu gün də daha çox buraxa bilərdiz amma...

- Oyundan sonra artıq bunun əhəmiyyəti yoxdu. İmkanlardan istifadə etmək lazımdı.

- İlk oyundan sonda demişdiz ki, "Qarabağ" sizi heç nəylə təəccübləndirməyib. Bu gün necə oldu bəs?

- "Qarabağ" topu özündə saxlayaraq istədiyi kimi oynamağı bacar komandadır.

- "Qarabağ" qrupda hansı uğura ümid edə bilər? Oyunlarına baxacaqsızmı?

- "Qarabağ"ın Çempionlar Liqasındakı çıxışlarına baxmışdıq və simpatiyamız vardı. Yenə də elə olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail