"Qarabağ"a gəlməklə risk etdim"

03.09.2018 | 4880 dəfə oxunub

“Avropa Liqasında oynamasaydıq, “Qarabağ”a keçidim elə də prestijli sayılmazdı. Lakin risk etdim". 

Stadium.Az xəbər evrir ki, bunu Bolqarıstanın BNT telekanalına müsahibəsində “Qarabağ” klubunun futbolçusu Simeon Slavçev deyib.

Yay fasiləsində Ağdam klubu ilə 3 illik müqavilə bağlayan 24 yaşlı yarımmüdafiəçi hazırkı durumumdan razı olduğunu söyləyib. O, mentaliteti olan komandaya gəldiyini və yaxşı oyunlarının hələ qabaqda olduğunu bildirib: "Əsas məqsədim Avropada çıxış etmək və Simeon Slavçevin kim olduğunu göstərməkdir”.

Orta sahə oyunçusu Avropa Liqasında “Qarabağ”la eyni qrupda yer alan Portuqaliya təmsilçisi “Sportinq”dən də danışıb. O, Lissabon klubunda yetərincə qiymətləndirilmədiyini deyib: 0

“Hazırda “Sporting”də xaos hökm sürür. Yaxın keçmişdə gələcəyim və bacarıqlarım baxımından düzgün olmayan qərarlar verilib. Bu səbəbdən, “Sportinq” azarkeşlərinə kim olduğumu göstərə bilmədim. Özümü yaxşı futbolçu sayıram və indi müsbət keyfiyyətlərimi nümayiş etdirmək imkanım var. “Liteks”dən “Sporting”ə keçidiyimə görə təəssüflənmirəm. Bu müddətdə çox şey öyrəndim. Başqa cür hərəkətə edə, Bolqarıstanda qalmaqla ən yaxşı futbolçu ola bilərdim. Güclü tərəflərimi və imkanlarımı bilirdim. Hələ 24 yaşım var, bundan sonra çox şey etməliyəm”.

“Qarabağ” Avropa Liqasında İngiltərənin “Arsenal”, Portuqaliyanın “Sporting” və Ukraynanın “Vorskla” komandaları ilə birgə E qrupunda yer alıb. Simeon Slavçev UEFA Millətlər Liqasında Norveç və Sloveniya yığmaları ilə oyunlar üçün Bolqarıstan millisinə çağırılıb. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail