Qurban Qurbanov: " Hamı komandadan nəticə gözləyir"

04.09.2018 | 4216 dəfə oxunub

Millətlər Liqası kimi turnirdə iştirak bizim üçün də yenilikdir. Hamı komandadan nəticə gözləyir. Ona görə də təzyiq həmişə olur". 

Stadium.az xəbər verir ki, bu sözləri UEFA-nın rəsmi saytına açıqlamasında milli komandamızın baş məşqçisi Qurban Qurbanov deyib.

Yığmamızın Millətlər Liqasındakı şanslarını dəyərləndirən mütəxəssis AÇ-2020-nin final mərhələsinə vəsiqə qazanmağın çətin olacağını bildirib: "Deyə bilərik ki, Avropa çempionatının final mərhələsinə çıxmaq üçün əla şansımız var. Amma nəzərə alaq ki, turnirdə iştirak edən digər yığmalar da bizim kimi düşünür. Belədə isə məsuliyyət daha da artır. İndi hamı düşünür ki, Avropa çempionatına çıxmaq məhz Millətlər Liqasındakı matçlardan asılı olacaq. Baş məşqçi kimi isə mən turnirin bizim üçün ağır olacağını anlayıram. Üstəlik, hamının sizdən qələbə gözləməsi istər-istəməz həyəcan və məsuliyyəti artırır". 

Yığmamız Millətlər Liqasına Kosovo ilə oyunla start verəcək. Sentyabrın 7-də Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Komandamız 3 gün sonra isə səfərdə Maltanın qonağı olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail