"Qarabağ" Avroliqanın qrupuna düşməklə neçə milyon qazanıb?

06.09.2018 | 1657 dəfə oxunub

"Qarabağ" Avropa Liqasının qrup mərhələsində "Arsenal", "Sportinq" və "Vorskla" klubları ilə birgə E qrupunda çıxış edəcək.

Stadium.Az xəbər verir ki, ağdamlıların bu mövsüm UEFA-dan qazancı bəlli olub.

"Qarabağ" Çempionlar Liqasında I mərhələdən 280 min, II mərhələdən 380 min və III mərhələdə iştirak üçün 480 min avro qazanıb (1 milyon 140 min avro).

Çempionlar Liqasının III təsnifat mərhələsində BATE-yə uduzaraq, mübarizəni dayandıran "Qarabağ" Avropa Liqasının pley-off mərhələsində mübarizəyə davam dedi. Burada "Şerif" səddini aşan Ağdam klubu büdcəsini 2,62 milyon avro ilə zənginləşdirib.

Beləliklə, "Qarabağ" avrokuboklarda bu mövsüm qrup mərhələsinə kimi 3,76 milyon avro qazanc götürüb.

"Qarabağ" Avropa Liqasında büdcəsini daha da zənginləşdirə bilər. Avropa Liqasının qrup mərhələsində qələbəyə 570 min, heç-heçəyə isə 190 min avro mükafat verilir. Qrupun qalibi 1 milyon, ikincisi isə 500 min avro mükafat alır.

Qrupda qələbə üçün – 570 min avro
Heç-heçə üçün – 190 min avro
Qrupun qalibi üçün – 1 milyon avro
Qrup ikincisi üçün – 500 min avro
1/16 finalda iştirak üçün – 500 min avro
1/8 finalda iştirak üçün – 1,1 milyon avro
1/4 finalda iştirak üçün – 1,5 milyon avro
1/2 finalda iştirak üçün – 2,4 milyon avro
Finalda iştirak üçün – 4,5 milyon avro

Finalın qalib əlavə 4 milyon avro qazanacaq.

Avropa Liqasının finalı gələn il mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

10.12.2018

09.12.2018

23:57  "Hueska" - "Real" - 0:1 VİDEO

22:40  "Keşlə"nin qələbəsi - Geniş icmal VİDEO

22:36  "Neftçi" belə xal itirdi - Geniş icmal VİDEO

22:17  "Səbail" - "Qəbələ" - Geniş icmal VİDEO

16:48  "Zirə" - "Qarabağ" -HEYƏTLƏR

15:24  "Sabah" - "Keşlə" - HEYƏTLƏR

08.12.2018

07.12.2018

20:18  "Arsenal"da ciddi itki - Mövsümü başa vurdu

06.12.2018

   
  O Q H M T-f X
1. Neftçi 10 8 1 1 20-7 25  
2. Qarabağ 10 6 2 2 17-11 20  
3. Səbail 10 5 2 3 12-11 17  
4. Sabah 10 5 1 4 9-11 16  
5. Qəbələ 10 3 3 4 14-14 12  
6. Sumqayıt 10 3 2 5 10-13 11  
7. Keşlə 10 1 3 6 8-14 6  
8. Zirə 10 1 2 7 7-16 5  
11.11Sumqayıt ---Keşlə
11.11Qəbələ ---Qarabağ
10.11Səbail ---Sabah
10.11Neftçi ---Zirə
24.11Qarabağ -Sabah
24.11Keşlə -Qəbələ
25.11Zirə -Sumqayıt
25.11Səbail -Neftçi