"Oyunumuzun alınması azarkeşlərdən də asılıdı" - Qara Qarayev

06.09.2018 | 3685 dəfə oxunub

Millətlər Liqası əvvəlki turnirlərin hamısından fərqlənir. Bu yarış bizə çox fayda verə bilər. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq".

Stadium.az xəbər verir ki, bu sözləri milli komandamız və "Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev UEFA Millətlər Liqasının ilk turunda sabah Bakıda Kosovo ilə keçiriləcək oyun öncəsi təşkil olunan mətbuat konfransında deyib.

Rəqibi yaxşı tanıdıqlarını söyləyən futbolçu bu turnirdə oynamağın futbolçularda fərqli həyəcan yaratdığını bildirib: "Kosovonu tanıyırıq, nəyə qadir olduqlarını bilirik. Sabah idman şansı da yanımızda olsa, uğur qazanacağıq. Bu turnir bizdə xüsusi, tamam fərqli həyəcan yaradır. Bu, turniri gözləmək həyəcanıdır. Sabah start götürür və sanki millidə yeni era başlayır. Komandada motivasiya baxımından heç bir problem yoxdur. Bizim ən böyük motivasiyamız komanda olaraq bir araya gəlməyimiz, ictimaiyyətin bizdən yüksək nəticə gözləməsidir. Komandada heç bir problem yoxdur".

Q. Qarayev sonda azarkeşlərdən dəstək istəyib: "Bəlkə də "Şerif"lə cavab oyunundan sonra səsləndirdiyim fikirlər yanlış anlaşıla bilər. Mən azarkeşlərə mesaj göndərməmişəm, onları bizə dəstək olmağa çağırmışıq. Bizim meydandakı oyunumuzun alınması azarkeşlərdən də asılıdır. Bizə ən çox lazım olan məhz onların dəstəyidir". 

Sabah Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Kosovo oyunu saat 20:00-da başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail