"Heç bir komandaya qarşı oynamaqdan qorxmuram" - Qurban Qurbanov

07.09.2018 | 3604 dəfə oxunub

Azərbaycan Kosovo oyunundan sonra baş tutan mətbuat konfransında iştirak edən millimizin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

- Çətin oyun oldu. Çətin olacağını gözləyirdik. Rəqibin heyətində bacarıqlı futbolçular var və topa nəzarət etməyi bacarırdılar. İlk hissə çətin oldu, hər iki komanda ehtiyatlı oynayırdı. İkinci hissədə isə fərqli oyun izlədik. Oyun intizamımızdan razıyam. Düşünürəm ki, qarşıdakı oyunlar da bizim üçün asan olmayacaq. Səfər oyununa hazırlaşmalı və tam hazır vəziyyətdə olmalıyıq

-Sizə elə gəlmir ki, start 11-liyi səhv seçmişdiniz? Çünki ikinci hissədə meydana daxil olan futbolçular oyunun axarını dəyişə bildilər.

- Mən qorxaq futbol deməzdim. Hər iki komanda ehtiyat edirdi. Çünki rəqibin çox sürətli oyunçuları var idi. Düşünürəm ki, onların düşündüyü oyunun qarşısını ilk hissədə aldıq. Bu gün tam hazır vəziyyətdə olan futbolçular meydanda idi. Kimin nə qədər gücü var idisə, oynadı,mübarizə apardı.

- Bu, millinin ən üst səviyyəsidi, yoxsa komandamız daha yaxşı oynamağa qadirdir?

- Mütləq qadirdir. Dediyim kimi, problemləri aradan qaldırmaq lazımdır. Futbolçularımızın oyun təcrübəsi olsa, yaxşı olacaq. Heç bir komandaya qarşı oynamaqdan qorxmuram. Sadəcə, faktları nəzərə alıram. Rəqibin heyətində yaxşı futbolçular var idi. Bizim daha yaxşı potensialımız var və bunu qarşıdakı oyunlarda görəcəyik.

- Kosovonu məğlub etməyə nə mane oldu? Azərbaycan futbolunun səviyyəsi, futbolçuların ustalıq səviyyəsinin aşağı olması, yoxsa taktiki analizin düzgün aparılmaması?

- Axırıncıdan başlayaq. Rəqibi düzgün analiz etmişdik. Amma digər ikisi ilə bağlı, aydın məsələdir ki, futbolçunun oynadığı çempionatın səviyyəsi aşağıdırsa, orda ustalığını artıra bilməz. Qarşıdakı oyunlara həvəslə hazırlaşırıq. Futbolçular bu gün pis təsir bağışlamadılar. Mənim üçün vacib olan bu idi. Sona kimi aqressiv ola bildik, mübarizə apardıq.

- Millətlər Liqası qısa məsafəli qaçışa bənzəyir. Sizcə, bugünkü nəticədən sonra şansları necə dəyərləndirirsiniz?

- Sona qədər mübarizə aparacağıq. Bu turnir elə turnirdi ki, 2 oyun məğlub olsan da, birinci yeri tuta bilərsən. Bütün komandalar qrupun qalibi olmaq istəyir. Komanda şəkilində sona qədər mübarizə aparacağıq.

- Almeydanı uzun müddətdir əyani şəkildə görmürdük. Onun çıxışından razısınız?

- Deməzdim ki, özünə gəlib. Almeyda stabil futbolçudur. Bu gün nə tapşırıq vermişdiksə, yerinə yetirdi. Onun oyunundan razıyam.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail