"Çıxış etdiyim mövqedə rəqabət var, kim güclüdürsə, o da oynayacaq"

10.09.2018 | 4031 dəfə oxunub

"Qarabağ” transfer pəncərəsinin son günündə Yunanıstanın “Panionios” klubundan Araz Abdullayevi 2 illik icarə əsasında heyətinə qatmışdı. Abdullayev keçidiylə bağlı öz fikilərini klubumuzun rəsmi saytına bildirib:

“Qarabağ” Azərbaycan və Avropada ən yaxşı çıxış edən komandamızdır. Fəxr edirəm ki, bu komandaya gəldim. Sözün hər mənasında çalışacam ki, komandaya xeyir verim və baş məşqçinin etimadını doğruldum. Komandada çıxış etdiyim mövqedə rəqabət var, kim güclüdürsə, o da oynayacaq. Bura gəlmişəm ki, meydanda olum və öz oyunumla komandaya kömək edim.

Qarşıda çətin oyunlar var, ancaq komanda şəkilində bir olub yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Avropa Liqasında çətin qrupda yer almışıq, amma “Qarabağ”ın öz sözünü deyəcəyinə inanıram.

Abdullayev “9” nömrəli forma seçiminə də toxunub.

"Adətən geyindiyim həm 7, həm də 77 nömrə boş deyildi. Hücumda oynamağı xoşladığım üçün 9 nömrəni seçdim. Ümid edirəm ki, bu nömrə mənim üçün düşərli olacaq və meydanda olduğum müddətdə həm qol, həm də məhsuldar ötürmələrlə komandama kömək edəcəm”.

Araz sonda azarkeşlərə də səslənib:

“Qarabağ”ın azarkeş ordusu çoxdur, Avropa oyunlarında isə stadionda iki dəfə çox azarkeş olur və nəticə gözləyir. Biz də komanda olaraq onları sevindirmək üçün meydana çıxırıq. Azarkeşlərə deyirəm ki, çalışacam öz oyunumla onları da sevindirim. Bizi sona qədər dəstəkləsinlər”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail