"Əsas məsələ komandamın qələbə qazanmasıdı" - Donald Gerye

21.09.2018 | 1757 dəfə oxunub

Çətin oyun oldu. Ancaq biz əlimizdən gələni etdik. Bəlkə də, bu gün bizim günümüz deyildi. Bu məğlubiyyət dünyanın sonu deyil. Belə matçlar bizim üçün yaxşı təcrübədi”. 

Stadium.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Donald Gerrye Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Sportinq”ə səfərdə 0:2 hesabıyla uduzduqları oyundan sonra jurnalistlərə açıqlamasında deyib. O, meydanda özünəinamlı çıxış etdiyini deyib: “Bu gün meydanda özünəinamlı olduğum doğrudur. Məncə, bu, yaxşı xüsusiyyətdir. Baş məşqçimiz də məşqlərdə ustalığımı artırmaqda mənə çox kömək edir. Elə anlar olur ki, yaxşı oynayıram. Amma əsas məsələ komandamın qalib gəlməsidi. Komanda qalib olanda da, məğlub olanda da birlikdə olur. Futbol səhvlər üzərində qurulub. Etdiyimiz səhvlər bizi daha da öyrənməyə, növbəti matçlarda bunu təkrarlamamağa kömək olur. Artıq qarşıdakı matçlara köklənməliyik”.

D. Gerrye qrup mərhələsinin “Arsenal”la oyunu haqda da danışıb: “Arsenal”la oyuna çıxıb, var gücümüzlə vuruşacağıq. Biz demirik ki, qələbə qazanacağıq. Ancaq bunu deyim ki, meydanda təslim olan komanda görməyəcəksiz”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

29.05.2020

28.05.2020

27.05.2020

26.05.2020

24.05.2020

12:34  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

22.05.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ